Dünya
Türkiyəyə qarşı yeni OYUNUN ŞİFRƏLƏRİ – ABŞ əsas “kozır”ının İŞƏ SALIR
“Fərat Qalxanı” və “Zeytin budağı” hərəkatları ilə planları pozulan ABŞ Türkiyəyə qarşı İŞİD kartından istifadə etməyə çalışır.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, ABŞ dünyaya “Zeytun budağı” əməliyyatı diqqətləri İŞİD-lə mübarizədən yayındırır” tezisini yaymağa və İŞİD təhdidi ilə bağlı təşviş yaratmağa çalışır.
Bunun üçün ilk mesaj İŞİD-lə mübarizənin “əsas qüvvəsi” olaraq irəli sürülən PKK/PYD və “Suriya Demokratik Gücləri” (“SDG” - əsas hissəsini PKK/PYD təşkil edir – red.)) vasitəsilə verildi. “SDG” İŞİD-lə mübarizənin müvəqqəti dayandırıldığını açıqladı, ardınca isə Afrinə 1700 PYD terrorçusunun göndərildiyi barədə xəbər yayıldı.

ABŞ səlahiyyətlilərinin “Diqqəti İŞİD-lə mübarizəyə ayıraq” tipli şərhləri və son olaraq ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Rob Manning İŞİD-ə qarşı əməliyyatların “Zeytun budağı” hərəkatı səbəbiylə qismən təxirə salındığını bildirdi.
“Yeni Şəfəq” yazır ki, Ankara da oyunun fərqindədir. Baş nazirin müavini, hökumət sözçüsü Bəkir Bozdağ “İŞİD üzərində yeni bir oyun səhnələşdirilir və qarşıdakı günlərdə Suriyada bəzi ssenarilərlə qarşılaşa bilərik” xəbərdarlığı etdi. Varlığını demək olar ki, unutduran İŞİD Bozdağın bu sözlərindən bir neçə gün sonra İraqın Kərkük şəhərində hücumlar təşkil etdi.

İŞİD sadəcə Kərkükdə deyil, Ankarada da ortaya çıxdı. ABŞ İŞİD təhdidini səbəb olaraq Ankara səfirliyini bağladı. Səfirliyə hücum hazırlığında olan İŞİD terrorçularının olduğu ünvanlar da ABŞ kəşfiyyatı tərəfindən verildi. İŞİD terrorçuları Samsun və Kocaelidə tutuldu. Ancaq şübhəlilərin evində heç bir silah və ya partlayıcının tapılmaması diqqət çəkdi. Əldə edilən məlumatlara görə, bu, İŞİD-i canlandırmaq istəyən ABŞ-ın taktikasına daxildir.
İŞİD hazırda Suriyada İraqla sərhədin yaxınlığında, Deyr-ez-Zorun cənubunda və İsrail sərhədində olan Deraa bölgəsində yerləşir. İŞİD-in Deyr-ez-Zorda varlığı Moskva və Dəməşqlə zəngin torpaqlar mövzusunda razılaşa bilməyən ABŞ üçün bir “kozır”dır. İsrailin Suriyaya müdaxiləsi üçün isə Deraadakı İŞİD terrorçularından istifadə ediləcək.
Ömər Dağlı
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
-
Elm və təhsil5 May 22:00Cəlilabadda gənc müəllim vəfat etdi
-
Sosial5 May 21:36Anası o uşaqdan imtina etdi
























.png)

.jpg)





