Nida Təhlil
Putinin Qarabağda gizli müharibə planı – ƏMR VERİLDİ
Rusiya prezidenti Vladimir Putin Ermənistanla Vahid Ordu Birləşmələrinin yaradılması haqda bir müddət öncə əldə olunan razılaşmanı imzalamaq haqqında sərəncam verdi.
Sərəncama əsasən, Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər
Nazirliyi müqavilənin imzalanması üçün Ermənistanla danışıqlar
aparmalı və razılaşma imzalanmalıdır. Vahid Ordu Birləşmələri dinc
şəraitdə Ermənistanın Baş Qərargahına, müharibə şəraitində isə
Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinə tabe olacaq. Bu,
faktiki olaraq, Rusiyanın Ermənistanda hərbi gücünü artırması və
ümumilikdə bölgədə möhkəmlənməsidir. Razılaşmanın məhz indi,
Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərə başladığı dövrdə
gündəmə gəlməsi də diqqət çəkir.
Publika.az xəbər verir ki, rusiyalı hərbi ekspert
Vladislav Şurıqin Rusiyanın əsas hədəfinin NATO olduğunu
açıqlayıb.
“Faktiki olaraq, birləşmiş ordu mövcuddur, çünki Ermənistan
ərazisində Rusiya hərbi bazası var. Lakin indi söhbət iki ölkə
arasında hərbi ittifaqdan gedir. Bu, onu göstərir ki, Rusiya cənub
sərhədlərində öz maraqlarını müdafiə etməyə hazırlaşır. Amma burada
əsas məsələ Dağlıq Qarabağ deyil. Rusiyanın hədəfi başqadır:
regionda sabitliyi saxlamaq. Bununla yanaşı, Gürcüstanın NATO-ya
daxil olmağa hazırlaşması təxmin etməyə imkan verir ki, ittifaqın
hərbi bazaları tezliklə bu ölkədə yaradılacaq. Fikrimcə, Rusiya və
Ermənistan qoşunlarının birləşmiş ordusu lazım olanda NATO-nu
bölgədə sıxışdıracaq”, - deyə ekspert vurğulayıb.
Rusiyalı politoloq Vadim Muxanov isə hesab edir ki, əsas hədəf
Qarabağda müharibənin qarşısını almaqdır.
“Birləşmiş ordunun yaradılması regionda hərarəti soyudacaq və
Qarabağda hərbi toqquşmaların qarşısını almağa kömək edəcək”, -
deyə Muxanov bildirib.
Asif
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı - Ölənlər var/VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nda - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır















.jpg)

.webp)

















.jpg)


