​​​​​​​Yeni eranı anons edən NİTQ, Qarabağda böyük SÜLH SAZİŞİ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

​​​​​​​Yeni eranı anons edən NİTQ, Qarabağda böyük SÜLH SAZİŞİ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

MSK Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeydə alıb. Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İrəvana sərt mesajlar verib. Ekspertlər Dağlıq Qarabağda yeni əməliyyatların başlanacağına dair xəbərdarlıqla çıxış ediblər. Türkiyə “Zeytun budağı” əməliyyatını uğurla davam etdirir. ABŞ Rusiyaya qarşı yeni sanksiyaları 30 gün ərzində tətbiq edəcək. Rusiyanın prezidenti Vladimir Putin Federasiya Şurasına illik müraciətində rəqiblərini qorxuya salan bəyanatla yadda qaldı. Livan Yaxın Şərqdə növbəti müharibə meydanı ola bilər. ABŞ Dövlət Departamenti 37 “Javelin” tank əleyhinə kompleks və 210 raketin Ukraynaya satışını bəyənib.

Azərbaycan, Dağlıq Qarabağ

Mərkəzi Seçki Komissiyası (MSK) Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeydə alıb. Bu barədə qərar MSK-nın fevralın 27-də keçirilən iclasında qəbul edilib. Bununla, İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəd olub.

“Azərbaycan ordusu bölgənin texniki cəhətdən ən təmin olunmuş, döyüş qabliyyəti yüksək olan ordusu hesab edilir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu nəyə qadirdir. Əgər bu gün bizə mane olmasalar və yaxud biz ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddətdə - bir həftənin, bir ayın içində Azərbaycan torpaqlarını azad etmək gücündəyik".

Bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda bu gün baş tutan növbədənkənar qurultayında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistan və Azərbaycan arasında silahlı konfliktin yenilənməsi təhlükəsi artır”. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç "Jamanak” qəzetinin müxbirinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dağlı Qarabağda yeni müharibə Azərbaycan, Ermənistan və Rusiyada keçirilən seçkilərdən sonar baş verə bilər.

“Azərbaycan, Rusiya və Ermənistanda seçkilər başa çatdırdan və hakimiyyətin yenidən təşkilinin tamamlanmasından sonra Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizama salması üçün imkan yarana və ya əksinə, hərbi əməliyyatlar yenilənə bilər”, - ABŞ-ın keçmiş səfiri qeyd edib.

Qarabağ savaşı zamanı hücum istənilən istiqamətdə baş verə bilər. Bunu “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Xramçixin söyləyib.

“Azərbaycanın müxtəlif istiqamətlərdə hücum imkanı var, amma o, Ermənistana hücum etsə, o zaman özünə ciddi siyasi problemlər yaradacaq. Əgər o, təkcə Qarabağ istiqamətində hücum etsə, o zaman öz ərazi bütövlüyünü bərpa etmiş olacaq, amma Ermənistana hücum olunsa, bu, aqressiya sayılacaq. İkinci halda Azərbaycanın Rusiya və maraqlı olan digər tərəflərlə problemləri olacaq. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatları başlatmaqdan başqa heç bir çarəsi qalmır. Ona görə ki, problemin sülh yolu ilə həll edilə bilməyəcəyi getdikcə aydınlaşır”, - o deyib.

Ekspertin sözlərinə görə, konfliktin sülh yolu ilə həlli imkanlarını görmür.

Qarabağda müharibənin yenilənməsi təhlükəsi həqiqətən mövcuddur. Bunu “1in.am” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.

“Tarix bu konfliktin iştirakçılarına Aprel müharibəsindən sonrakı iki il ərzində gərginləşən geosiyasi situasiyada həll tapmağa şans verdi. Lakin tərəflərə hələ də strateji həll tapmaq mümkün olmayıb. Bəzi taktiki təkliflər edilib, amma strateji həll yoxdur. Qarabağ Azərbaycanın daxili siyasətində ciddi problemdir və Azərbaycanın davranışında əsas faktor hesab edilir. Qarabağ məsələsi Ermənistan üçün də çox vacibdir, amma birinci yerdə dayanmır”.

Onun sözlərinə görə, təkcə Qarabağa yox, digər istiqamətlərə də nəzər yetirmək lazımdır:

“Fərqli istiqamətlərdən biri Naxçıvan ola bilər. Bu isə müharibədə balansın bərpası vasitəsi ola bilər. Əgər Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlasa, Ermənistanın situasiyanı Naxçıvan ətrafında gərginlik yaradaraq balanslaşdırması mümkündür. Rusiya konfliktə heç bir tərəfdən, özəlliklə Ermənistan tərəfindən - onun Moskvanın müttəfiqi olduğunu nəzərə alaraq belə - qoşulmayacaq. Digər tərəfdən, əgər Rusiya Ermənistan tərəfdən müharibəyə qoşulsa, o zaman Azərbaycan tərəfindən müharibəyə ciddi güc mərkəzləri – ilk növbədə isə Türkiyə və ABŞ müdaxilə edəcək”.

Ermənistan

Ermənistan prezidenti Serj Sarkisyan martın 1-də Milli Təhlükəsizlik Şurasının iclasında Türkiyə-Ermənistan protokollarının ləğv edildiyini bildirib. Sarkisyan ötən ilin sentyabrında BMT Baş Assambleyasının iclasında çıxışında bildirmişdi ki, Türkiyə 2009-cu ildə Sürixdə imzalanmış protokolları təsdiqləməsə, Ermənistan 2018-ci ilin yazını protokollarsız qarşılayacaq.

Martın 2-də Ermənistan parlamentində prezidentin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə, Armen Sarkisyan Ermənistanın yeni prezidenti seçilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Armen Sarkisyanın özü parlamentdə keçirilən dinləmələrdə ənənəvi “Kiçik dövlət, böyük millət” şüarından və Ermənistan qarşısında duran ağır çağırışlar haqqında danışıb. O, prezident seçiləcəyi halda Ermənistan, “Dağlıq Qarabağ Respublikası” separatçı rejimi və diaspora məsələlərinin həllində bütün təcrübəsi və enerjindən istifadə edəcəyini söz vermişdi. Və sonra ümumiyyətlə, bildirdi ki, “XXI əsr ermənisi” ola bilər. Onun bununla nəyi nəzərdə tutduğu isə tamamilə aydın deyil.

Bizi şübhəsiz ki, ən çox maraqlandıran məsələ, yeni prezidentin Dağlıq Qarabağa münaqişəsinin həlli prosesinə baxışının necə olacağıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, İran, Yaxın Şərq

“ABŞ-ın Suriyada sərgilədiyi mövqedə olan ziddiyyətlər artıq davam etdirilə bilməz”. Bu haqda İngiltərənin “Financial Times” qəzeti yazıb.

Nəşr qeyd edir ki, ABŞ-ın PKK/PYD terror təşkilatına verdiyi dəstək NATO ölkələri arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər.

“ABŞ-ın bu addımı Türkiyə tərəfindən sərt reaksiya ilə qarşılanır. Ən kiçik bir səhv NATO üzvləri arasında birbaşa döyüşə səbəb ola bilər”, - “Financial Times” qeyd edib.

Türkiyə Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri fevralın 26-da Afrinə girib. Birliklər “Zeytin budağı” hərəkatı çərçivəsində təmizlənən kəndlərə terrorçuların sızmasının qarşısını alacaq və yaşayış məntəqələrində əməliyyatlara qatılacaq.

Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində başladığı “Zeytin budağı” əməliyyatının birinci mərhələsi martın 1-də 120 kilometrlik Azez-Deyr Ballut xəttinin PKK/PYD terrorçularından təmizlənməsi ilə başa çatdı. Əməliyyat çərçivəsində bu günə qədər bölgənin 25 faizi terrorçulardan təmizlənib.

Raco, Şeyx Əl-Hadid və Cinderesi cənub, cənubi-şərq və qərbdən mühasirəyə alan birliklərin Afrinin mərkəzinə 1-1,5 kilometr uzaqlıqda olduğu bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində terrorçulara ağır zərbələr endirdiyi bir vaxtda İsrailin “The Jerusalem Post” qəzeti Amerika və İsrailin planlarını da ortaya çıxarıb. Afrindəki YPG terrorçularının ağır zərbələr aldığını yazan nəşr onların hava qüvvələri ilə təmin edilməli olduğunu yazıb.

Raçel Avraham imzalı yazıda bildirilir ki, İrandan Aralıq dənizinə açılacaq yolun bağlanması üçün YPG dəstəklənməlidir.

“Əgər İsrail və ABŞ hava dəstəyi ilə bölgədəki qüvvələri cəsarətləndirə bilsə, bölgədəki status-kvo həm Amerika, həm də İsrailin lehinə dəyişə bilər”, - nəşr yazıb.

Türkiyənin Şırnak vilayətinin Silopi mahalında tutulan bir terrorçunun ifadəsi PKK terror təşkilatının Türkiyə ilə bağlı dəhşətli planı ortaya çıxıb. İraq və Suriyada ağır zərbələr alan terror təşkilatı Türkiyədə sensasiyalı terror aktlarını törətməyi planlaşdırır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ fevralın 11-də Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı və İordaniyanın nümayəndələri ilə Vaşinqtonda gizli toplantı keçirib. Bu haqda Livanın “Əl-Əxbar” xəbər portalı İngiltərənin Vaşinqtondakı səfirliyindən aldığı bir teleqrafa istinadən yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Türkiyəni Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınmasından imtina etməyə çağırıb, əks təqdirdə Ankara barəsində sanksiyalar tətbiq edilə bilər. Bu haqda Vaşinqtondakı mənbəyə istinadən “Habertürk” nəşri bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Praqa məhkəməsifevralın 27-də PYD lideri Saleh Müslümü azadlığa buraxıb. Bundan öncə Türkiyə Saleh Müslümün ekstradisiyasını tələb etmişdi. Ankara Saleh Müslümü beynəlxalq axtarışa verib. Onun başına 4 milyon lirə mükafat qoyulub.

İraq və Suriyada çətin vəziyyətdə olan İŞİD Türkiyədə baza quracaq və buradan Qərbə hücuma hazırlaşacaq. Bu barədə Pentaqonun “RAND Corporation” analitik şirkətinin hesabatında bildirilib.

Məlumata görə, İŞİD üzvləri Avstraliyadan dəhşətli partlayış gücünə malik olan elektron cihaz sifariş edib və artıq Türkiyədə böyük partlayış törətmək niyyətilə uyğun məntəqənin seçilməsi üçün kəşfiyyat işlərinə başlayıb. Bu partlayışdan sonra ölkənin qarşıdurma meydanına çevriləcəyi bildirilib.

“Kölgə Pentaqon” olaraq da tanınan RAND-ın hesabatında bu iddialar “Ərdoğanın ölümcül kor nöqtəsi” başlığı ilə verilib və istər Türkiyə təhlükəsizlik orqanları, istərsə də rəhbərlik yaxınlaşan təhlükəni görməzdən gəlməkdə ittiham olunub.

Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında yerləşən Şərqi Quta bölgəsində fevralın 27-də “humanitar pauza” rejimi qüvvəyə minib. Bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə fevralın 27-də yerli vaxtla saat 9:00-dan 14:00-a kimi gündəlik “humanitar pauza” rejimi qüvvədə olacaq. Bu müddətdə ərazidə əməliyyatlar keçirilməyəcək.

Humanitar dəhlizin çıxışında təhlükəsizliyi Rusiya hərbi polisi və Suriya ordusunun hərbi qulluqçuları təmin edəcək. Humanitar dəhlizin ətrafında Al-Duveyr qəsəbəsində mobil tibb məntəqəsi fəaliyyət göstərəcək. Ərazidən çıxarılan dinc sakinlərin nəqli üçün avtobuslar ayrılıb.

Lakin sonradan yayılan xəbərlərə görə, Suriya prezidenti Bəşər Əsədə sabiq qüvvələr yenidən Şərqi Quta bölgəsini bombardman ediblər. Hücum zamanı xeyli dinc sakin həlak olduğu bildirilir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası fevralın 25-də Suriyada 30 günlük atəşkəs barədə qərar qəbul etmişdi.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert Suriyada elan edilmiş atəşkəslə bağlı danışıb. Noyert atəşkəs qərarının bütün ölkə ərazisini əhatə etdiyini vurğulayıb.

“Türkiyə bu sənədi daha yaxşı şəkildə yenidən oxumalıdır. 30 gün ərzində Suriyanın hər tərəfində atəşkəsi nəzərdə tutur. Türkiyəyə BMT Təhlükəsizlik Şurasının qərarını yenidən oxumasını tövsiyə edirik”, - Noyert bildirib.

Qeyd edək ki, Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ BMT Təhlükəsizlik Şurasının Suriyada bir aylıq “Humanitar atəşkəs” elan etməsinin “Zeytun budağı” əməliyyatına təsir göstərməyəcəyini demişdi.

Yeddi ildir qanlı qarşıdurmaların davam etdiyi Suriyada proseslərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi aydın olmağa başlayıb. Türkiyənin “Habertürk” nəşri xəbər verir ki, Amerikanın döyüş təyyarələrinin Fərat çayının qərbindən şərqinə keçməyə çalışan Rusiya gücləri və Suriya hökumətinə bağlı qüvvələri vurmasından sonra Fəratın şərqi ilə qərbi arasında “iki Suriya” yaradacaq “qırmızı xətt” faktiki olaraq çəkilmiş olub.

Qarşıdakı dövrdə Suriyadakı vəziyyətin daha da çətinləşəcəyi proqnozlaşdırılır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (ing. Organisation for the Prohibition of Chemical Weapons) Suriyada fevralın 27-də araşdırmalara başlayıb. Təşkilat Suriyadakı kimyəvi silahlardan istifadə edildiyinə dair iddiaları araşdıracaq.

Qeyd edək ki, son günlər Suriyanın hökumət güclərinin kimyəvi silahdan istifadə etdiyinə dair iddialar çoxalıb. ABŞ isə bəyan edib ki, Dəməşqin kimyəvi silahlardan istifadə etməsi sübuta yetirilərsə, bu, Suriya ordusunun vurulması üçün əsas yarada bilər.

Bəşər Əsəd rejiminin Suriyada kimyəvi silahdan istifadə etdiyi təsdiqlənsə, rejimə qarşı hava əməliyyatına dəstək veriləcək. Bu sözləri Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson deyib.

“Əgər bu tip silahların istifadəsinə dair sübutlar ortaya çıxsa və bizə əməliyyatlara qatılmaq üçün təklif gəlsə, bunu ciddi şəkildə düşünəcəyik”, - XİN rəhbəri deyib.

Qeyd edək ki, bir qədər Fransa da kimyəvi silahdan istifadənin təsdiqlənəcəyi halda Suriyanın vurulacağını açıqlamışdı.

Rəsmi Moskva Suriya ordusunu dəstəkləməyə davam edəcək. Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

“BMT İnsan Hüquqları Şurasının terrorçuları “yaxşı” və “pis” olaraq ayırması qəbuledilməzdir. Rusiya bu ikili standart tətbiqinə qarşı vuruşacaq”, - Lavrov bildirib.

Rusiya generalı məxfi şəkildə Səudiyyə Ərəbistanına səfər edib. Bu barədə informasiyanı “İAREX.ru” saytı yayıb. Sayt generalın Ər-Riyada xüsusi məqsədlə getdiyini qeyd edib.

“Rusiyanın Suriyaya göndərdiyi beşinci nəsil təyyarələr olan S-57-lər artıq döyüşlərə qatılıblar və Şərqi Qutadakı döyüşçüləri bombardman ediblər. Bir neçə saat əvvəl isə Suriyadakı Rusiya qruplaşmalarının komandanı Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə Səudiyyə Ərəbistanına uçub. Rus general Ər-Riyaddan Qutadakı döyüşçülərin çıxarılmasını tələb edib.

General əks halda Qutaya qarşı “Qroznı bombardmanı” ssenarisini tətbiq edəcəyini bildirib”, - məlumatda vurğulanıb.

Rusiyanın Suriyaya göndərdiyi “Su-57” beşinci nəsil qırıcıları ilə bağlı yeni görüntülər ortaya çıxıb. İsrailin “Haaretz” qəzeti Suriyaya göndərilən qırıcıların yeni peyk görüntülərini dərc edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Yaxın Şərqdə indiki vəziyyət deməyə əsas verir ki, 2019-cu ildə İran və İsrail arasında müharibə baş verə bilər”. Belə proqnozla “National Interest” nəşrində keçmiş prezident Ronald Reyqan dövründə administrasiyada işləyən milli təhlükəsizlik üzrə mütəxəssis Reymond Tanter və beynəlxalq münasibətlər üzrə ekspert Ayven Saşa Şihan çıxış ediblər.

“2018-ci ilin yanvarda qarşımıza sual qoyurduq: 2018-ci il İrana inqilab gətirəcək? İndi biz soruşuruq: 2019-cu ildə İsrail və İran arasında müharibə olacaqmı?” - müəlliflər yazırlar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Respublikaçılar Partiyasından olan senatoru Lindsey Qrahamın İsrailə səfəri ilə bağlı bəzi detallar məlum olub. İsrailin “Haaretz” qəzeti israilli səlahiyyətlilərin senatora Livanın “Hizbullah” təşkilatı ilə bağlı məlumat verdiyini yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Moskva Avropa Birliyindən heç vaxt sanksiyaların ləğvini istəməyəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, Moskva bu istiqamətdə, ümumiyyətlə, heç bir danışıqlar aparmayacaq.

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları 30 gün ərzində tətbiq edəcək. Bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin söyləyib.

Qeyd edək ki, bundan öncə Mnuçin yeni sanksiyaların tətbiq ediləcəyini söyləsə də, dəqiq tarix açıqlamamışdı. ABŞ yanvarın sonlarında “Kreml hesabatı”nı açıqlayıb. Hesabata 210 vəzifəli şəxs və oliqarxın adı daxil edilib. Rəsmi Vaşinqton bu şəxslərin hər birinin gələcəkdə sanksiyalar altına düşmək ehtimalı olduğunu bəyan edib.

Moskva-Vaşinqton münasibətlərində problemlər həmişə olacaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman söyləyib.

Onun sözlərinə görə, bu münasibətlər mərhələli şəkildə, geriyə baxılmadan həll edilməlidir.

ABŞ kəşfiyyatı Rusiyanın 7 ştatda seçkilərə müdaxiləsini sübut edib. Bu haqda bir neçə Amerika məmuruna istinadən “NBC News” telekanalı bildirib.

Kəşfiyyatın üç yüksək vəzifəli rəsmisinin sözlərinə görə, bunlar Alyaska, Arizona, Kaliforniya, Florida, İllinoys, Texas və Viskonsin ştatlarıdır.

Qeyd edək ki, rəsmi Moskva sözügedən ittihamları dəfələrlə rədd edib.

“Rusiya ümid edir ki, ABŞ-ın nüvə silahının ərazilərində yerləşdirilməsinə Avropa ölkələrinin vətəndaşları “yox” deməyi bacaracaqlar”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Cenevrədə keçirilən silahsızlaşdırma üzrə konfransda çıxışı zamanı deyib.

“Ümid edirəm, Avropa vətəndaşları kütləvi qırğın silahının öz ərazisində yerləşdirilməsinə “yox” deməyi bacaracaqlar. Həm də silahlar tək dövlətə aiddir. Həmin dövlət artıq o silahı Xirosima və Naqasaki şəhərlərinin əhalisinə qarşı tətbiq edib. Rusiya genişləndirilmiş taktiki nüvə silahına sahib deyil, onun tətbiqi üçün heç bir iş görmür. Bizdə olan döyüş sursatlarının hamısı öz ərazimizdə olan mərkəzi bazalarda yerləşdirilib. Hər kəsə aydın olmalıdır ki, ABŞ Avropa ölkələrinin hərbi qüvvələrini Rusiyaya qarşı taktiki nüvə silahının tətbiqinə hazırlayır ”, - Lavrov bildirib.

Onun sözlərinə görə, bu baxımdan, Avropada ABŞ-ın taktik nüvə silahlarının mövcudluğu yalnız “soyuq müharibə”nin rudimenti deyil, həm də açıq-aydın təcavüzkar mövqedir.

“Rusiya ABŞ-ın mümkün sanksiyalarına müxtəlif formada cavab verə bilər”. Bunu Hərbi Elmlər Akademiyasının müxbir üzvü, politoloq Sergey Sudakov Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını şərh edərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kosmosda müharibə bir neçə il sonra başlayacaq. Bunu ABŞ Hərbi Hava Assosiasiyasının simpoziumunda çıxışı zamanı Hərbi Hava Qüvvələrinin Qərargah rəisi Devid Qoldfeyn söyləyib. Onun sözlərinə görə, amerikalılar təcili kosmik məkanda üstünlük əldə etməlidirlər:

“Biz bir neçə il sonra kosmosdan zərbələr endirə biləcəyik. Bu yeni mübahisəli əraziyə biz nəzarət etməliyik. Bunu bizdən ölkə istəyir”.

Qeyd edək ki, Vaşinqton bu il hərbi hava qüvvələrinə 7,75 milyard dollar büdcə ayırıb. Bu, keçən illə müqayisədə 20% çoxdur. 2019-cu ildə ABŞ bu istiqamətdəki xərclərini 8,5 milyarda qədər artırmağı planlaşdırır.

“ABŞ-ın nüvə silahının tətbiqinin bir addımlığına gəlməsi beynəlxalq təhlükəsizlik üçün təhdiddir”. Bunu Rusiyanın Təhlükəsizlik Şurasının katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Aleksandr Venediktov “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.

“Nüvə siyasətinin icmalında birbaşa deyilir ki, ABŞ cavab zərbəsi kimi qəti tədbirlərin görülməsi imkanını istisna etmir. Təbii ki, nüvə silahının tətbiqinin bir addımlığına gəlməsi beynəlxalq təhlükəsizlik üçün böyük təhdiddir. Belə yanaşma zamanı səhvin qiyməti bütün bəşəriyyət üçün aradan qaldırılması mümkün olmayan nəticələrlə nüvə müharibəsinin başlanmasıdır”, - agentliyin həmsöhbəti deyib.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Federasiya Şurasına martın 1-də etdiyi illik müraciətində rəqiblərini qorxuya salan bəyanatla diqqətdə qalıb. Putin dünyanın hər yerini vura biləcək böyük bir nüvə silahı hazırladıqlarını deyib.

Rusiya prezidentinin çıxışının gedişatında ilk dəfə “Sarmat” raket kompleksinin sınaqlarının kadrları göstərilib. Dövlət başçısı bu kompleksin sınaqlarının başlandığını elan edib.

“Heç bir, hətta perspektivli raket hücumundan müdafiə sistemləri “Sarmat” raket kompleksi üçün maneə deyil”, - Putin vurğulayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına martın 1-də etdiyi illik müraciətində Rusiya silahlarının ən yeni nümunələrini nümayiş etdirdi. O vurğuladı ki, təqdim edilmiş silahlar dünyada analoqlara malik deyil və “istənilən təcavüzkarı ayıltmağa” hazırdır.

Prezident çıxışında prezident müdafiə sənayesi sahəsində müvəffəqiyyətlərə toxundu və qeyd etdi ki, qərb partnyorları 1990-cı illərin sonlarında Rusiyanın hərbi potensialının bərpasını qeyri-mümkün hesab edirdilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyaya qarşı təhdid olduqda və ya ölkəyə nüvə zərbəsi endirildikdə Moskva nüvə silahından istifadə edə bilər. Bunu NBC televiziyasına müsahibəsində Rusiya prezidenti Vladimir Putin söyləyib.

“Yalnız iki şey bizi nüvə zərbəsi endirməyə məcbur edə bilər. Bu, bizə nüvə silahı ilə ediləcək hücum və ya Rusiya dövlətinin yox olma təhlükəsi zamanı ola bilər”, – deyə o bildirib.

ABŞ hipersəsli texnologiyalar sahəsində iş aparır. Belə tipli silahın sınaq uçuşları 2019-cu ildə başlanacaq. Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) perspektivli tədqiqat layihələrinin idarəetmə başçısı Stiven Uoker bildirib.

“Biz anlayırıq ki, Rusiya və Çin kimi ölkələrlə yarışırıq”- Stiven Uoker deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ-ın hərbi büdcəsi Rusiyanın analoji büdcəsindən 10 dəfə çoxdur və bu, Rusiya ilə müharibədə qələbəyə hədəflənib”. Bunu Rusiyanın Təhlükəsizlik Şurasının katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Aleksandr Venediktov “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.

“ABŞ-ın hərbi büdcəsi Rusiyanın hərbi büdcəsini 10 dəfədən də çox otür və milli strategiyanın əsas vəzifələrinin yerinə yetirilməsinə, döyüş hazırlığının səviyyəsinin yüksəlməsinə, silahlı qüvvələrin texniki təchizatının artırılmasına və genişmiqyaslı münaqişədə qələbə qazanmağa yönəlib”, - Venediktov deyib.

Qeyd edək ki, ABŞ administrasiyası 2019-cu il maliyyə ilinin büdcə layihəsini (2018-ci il oktyabrın 1-dən başlanır –red.) Konqresin müzakirəsinə təqdim edib. Sənəddən göründüyü kimi, ABŞ prezidenti Donald Tramp hərbi xərclər üçün təxminən 700 milyard dolların ayrılmasını tələb edib. Bu məbləğin 24 milyardı nüvə triadasının (yerüstü, sualtı gəmilər və strateji bombardmançılarda yerləşdirilən qitələrarası ballistik raketlər – red.), 6 milyardı isə raket əleyhinə müdafiə sistemlərinin yenilənməsinə xərclənməlidir.

Antirusiya sanksiyalarına görə ABŞ-ın “Ekson Mobil” şirkəti “Rosneft”lə birgə iştirak etdiyi layihələrdən imtina edəcək. Bu barədə informasiya “Ekson Mobil”in hesabatında yer alıb. Şirkət layihələrdən imtina prosesinin cari ildən başlayacağını bildirib.

“Ekson Mobil” bu layihələrdən çıxacağı halda 200 milyon dollar itirəcəyini açıqlayıb.

Qeyd edək ki, “Ekson Mobil” bundan öncə ABŞ Maliyyə Nazirliyi tərəfindən 2 milyon dollar cərimə edilmişdi. Şirkət ABŞ-ın sanksiyalar siyahısına düşən “Rosneft”in rəhbəri İqor Seçinlə 8 sənəd imzaladığına görə cəzalandırılmışdı.

Koreya böhranı

Şimali və Cənubi Koreyanın diplomatları bağlı qapılar arxasında danışıqlara başlayıb. Bu barədə informasiyanı NHK televiziyası yayıb. Televiziya danışıqların Cənubi Koreyadakı bir oteldə baş tutduğunu bildirib.

Avropa İttifaqı Şimali Koreyaya qarşı sanksiyaları gücləndirib. Bu barədə məlumatı Avropa Birliyi Şurası yayıb. Bundan öncə ABŞ Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirmişdi.

ABŞ-ın “National Interest” nəşrinin mütəxəssisləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) Tokioya nüvə zərbəsinin mümkün nəticələrini qiymətləndiriblər. Ekspertlər analiz vaxtı Texnologiya İnstitutunda “Nukemap” xüsusi proqramını tətbiq ediblər.

Nəşr qeyd edir ki, Yaponiya KXDR üçün ikinci dərəcəli aktyor olaraq qalır, ABŞ Pxenyanın əsas rəqibi kimi çıxış edir. Bu baxımdan, vurğulanır ki, Şimali Koreyanı əsasən Yaponiya adalarındakı Amerika bazaları maraqlandırır. Ekspertlər əminliyi ifadə edirlər ki, ABŞ-ın hərbi obyektləri Koreya yarımadasında münaqişənin baş verməsi halında əsas rol oynaya bilər. Amerika bazalarının Şimali Koreya hərbçilərinin başlanğıc hədəfi olacağı bildirilir.

Xüsusi halda, ekspertlər ABŞ-ın “Yokota” hərbi obyektinə zərbənin vurulacağına əmindirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya Suriyaya kimyəvi silah istehsalında istifadə olunacaq materiallar göndərib. Bu iddia “Nyu York Tayms” qəzeti tərəfindən Birləşmiş Millətlər Təşkilatı Sanksiya Komitəsinin hələ ki, yayımlanmayan sənədlərinə istinadən ortaya atılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna

“Ukrayna onun hazırda nəzarət etdiyi ərazilərə mümkün qədər daha çox diqqət ayırmalıdır. Kiyevin nəzarət etdiyi ərazilər inkişaf etdirilməli, korrupsiyaya qarşı ciddi kampaniyalar və ciddi iqtisadi islahatlar aparılmalıdır”. Bunu Rusiya mövzusu üzrə tanınmış mütəxəssis, bir sıra Amerika və Rusiya nəşrlərinin müxbiri, Vaşinqtondakı Avropa Siyasətinin Analizi Mərkəzinin (CEPA) böyük elmi işçisi Brayan Uitmor Ukraynanın “Apostrof” nəşrinə deyib.

Sülhməramlıların Donbasda yerləşdirilməsi ilə bağlı təkliflərə toxunan analitik Kiyev və Qərbə çox ehtiyatlı olmağı məsləhət görüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Martın 18-də keçiriləcək prezident seçkilərində Vladimir Putinin yenidən seçilməsinə mane olmaq məqsədiylə Donbasda yaxın günlərdə müharibə başlana bilər. Bu haqda Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markov Feysbuk səhifəsində yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın şəxsi hərbi şirkəti olan “Vaqner qrupu” barədə audioyazı dərc edib. Bu barədə “Obozrevatel” nəşri məlumat yayıb. Audioyazıdan məlum olur ki, Rusiya Silahlı Qüvvələrinin Baş qərargahı Suriya münaqişəsində “Vaqner qrupu”nun muzdurlarının iştirakını planlaşdırır.

Qeyd edilir ki, audioyazı rəsmi Moskvanın “Vaqner qrupu” ilə bağlılığını sübut edir.

“2015-ci ilin əvvəlində Bəşər Əsədin qoşunlarına dəstək olaraq Suriyaya göndərilmə üçün hərbi kontingentin formatı haqqında məsələ Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının rəhbərliyi ilə həll edilirdi. Quru əməliyyatının iki variantına baxılırdı: Rusiyanın nizami qoşunları və ya muzdlu bölmələrindən istifadə. İkincisi pilot layihə kimi Ukraynanın ərazisində reallaşdırılmışdı”, - xəbərdə deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Dövlət Departamenti 37 “Javelin” tank əleyhinə kompleks və 210 raketin Ukraynaya satışını bəyənib. Silahların dəyəri 47 milyon dollar qiymətləndirilir.

İndi tərəflər müqaviləni bağlaya bilər. Pentaqondan bildiriblər ki, saziş Ukraynanın təhlükəsizliyinin yüksəldilməsi yolu ilə ABŞ-ın milli təhlükəsizliyinə imkan yaradacaq, amma regionda hərbi balansı dəyişdirməyəcək.

“Donbasda silahlı konfliktə görə məsuliyyət Ukrayna prezidenti Pyotr Poroşenkonun üzərinə düşür”. Bunu Moskvada mətbuat konfransında Ukraynanın keçmiş lideri Viktor Yanukoviç bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Beynəlxalq sülhməramlıların yerləşdirilməsindən sonra Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olmayan rayonlarında yerli seçkilərə hazırlıq üçün 6 ay lazım ola bilər. Bu haqda “Hudson Institute” analitik mərkəzində ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm