Nida Təhlil
Putin Paşinyanı bağışlamayacaq və Əliyevə... - Rusiyadan inanılmaz Qarabağ XƏBƏRDARLIĞI
Ermənistanın baş naziri Nikol Paşinyanın son təyinatları
Moskvada suallar yaradıb. Çünki yeni təyin olunan kadrların
əksəriyyəti rusofoblardır. Misal üçün, “Moskva komsomolçusu” nəşri
“niyə mülayim Paşinaynın komandasında bu qədər rusofob var?”
sualını manşetə çıxarıb. “Eadaily” saytı isə “Paşinyanın
komandasında rusofoblar: Soros “erməniyönümlü” baş nazirin gəmisini
yönəldir” deyə yazıb.
Publika.az-ın xəbərinə görə, rusiyalı siyasi
şərhçi Mixail Belyayev yazır ki, Serj Sarkisyanın rəhbərlik etdiyi
“Qarabağ klanı”nı hakimiyyətdən uzaqlaşdıran Paşinyan maksimal
dərəcədə hökumətdə öz mövqelərini bərkidir, Respublika
Partiyasından olan rəqiblərinin maliyyə və siyasi təsirlərini
məhdudlaşdırır, həmçinin, növbədənkənar parlament seçkilərinə qədər
əhalinin dəstəyini itirməməyə çalışır: “Parlamentdə çoxluq
Respublika Partiyasınındır. Paşinyan da “küçə etibarının verdiyi
avans”dan yararlanaraq, vəziyyətə nəzarəti ələ alır”.
Belyayev hesab edir ki, Paşinyanın Dağlıq Qarabağla bağlı
danışıqlar prosesinin reallığından uzaq və sərt ritorikası da
daxili auditoriyaya hesablanıb: “Lakin bu da nisbidir. Çünki Tomas
de Vallın qeyd etdiyi kimi, Paşinyan müxalifətçi olanda da Qarabağ
məsələsində son dərəcə sərt mövqe nümayiş etdirir, ərazilərin
qaytarılmasına qarşı çıxırdı. Britaniyalı analitikin də yazdığı
kimi, Azərbaycan Paşinyanın sərt bəyanatlarını sakit qəbul edir,
hərçənd, prezident İlham Əliyev bu ritorikaya sərt cavab verməyi də
bacarır. De Valla erməni hakimiyyətinə “ağacı əyməməyi” məsləhət
görür, çünki, Bakı ilə danışıqlar aparmamaq müharibəyə yaşıl işıq
yandırmaq deməkdir. Bütün bunlarla yanaşı, cəbhədəki vəziyyət də
Ermənistanın yeni rəhbərliyi üçün kifayət qədər narahat vəziyyət
yaradır. Paşinyan baş nazir seçilən kimi Qarabağa getdi və qondarma
rejimin danışıqlarda tərəf kimi iştirakını önə sürdü. Ardınca onun
oğlu Aşot Paşinyan Qarabağa hərbi xidmətə yollanacağını açıqladı.
Paşinyan bu addımlarla daxili simpatiya əldə etsə də, əslində
bununla beynəlxalq səviyyədə Ermənistanın işğalçı olduğunu aydın
şəkildə etiraf etdi. Görünür, Paşinyan xarici siyasət vektorunda
uzağı görməyi bacarmır”.
Belyayev qeyd edib ki, Bakı diplomatik cəbhədə dözümlülük nümayiş
etdirirsə, hərbi vəziyyətdə qaydaları diktə edəcək. Rusiyalı şərhçi
buna nümunə kimi Naxçıvan cəbhəsində baş verənləri xatırladıb.
“Paşinyan hələ ki, Moskva ilə münasibətləri korlayacaq qədər
mövqelərini möhkəmləndirməyib. Rusiyanın Ermənistana enerji, hərbi
və Qarabağ kimi təzyiq rıçaqları var. Lakin Qərblə Rusiyanın
qarşıdurmasında İrəvanın mərkəzdənqaçma siyasəti Kreml tərəfindən
bağışlanmayacaq. Putin isə daha etibarlı tərəfdaş olan Əliyevə
meyil edəcək, nəinki Paşinyana”, - deyə o bildirib.
Asif
-
Cənubi Qafqaz01:00
Ermənistanda dəhşətli partlayış: xəsarət alanlar var
-
Qoroskop00:39
Günün qoroskopu: maraqlı insanla tanış olacaqsız
-
Dünya29 Noyabr 23:45
Antalyada zəlzələ oldu
-
Magazin229 Noyabr 21:59
Bayhana ağır itki üz verdi - FOTO
-
Hadisə29 Noyabr 21:35
Masazırdakı hadisədə xəsarət alanların son durumu
-
Magazin229 Noyabr 21:23
Acun "O Səs Türkiyə"dən QOVMUŞDU: indi görənlər tanımır - FOTO
-
Magazin129 Noyabr 19:20
Əməkdar artistin canlı yayımda halı pisləşdi - VİDEO
-
Hadisə29 Noyabr 19:08
Masazırda evdə uçqun oldu: 1 ölü, 2 yaralı var