Nida Xəbər
İrəvana QARABAĞ ZƏRBƏSİ: Sarkisyan Azərbaycana dəstək verməyə məcbur olacaq
Avropa İttifaqının noyabrın 24-də keçirilən Şərq
Tərəfdaşlığı sammitində qətnamə qəbul ediləcək.
Publika.az xəbər verir ki, qətnamənin ikinci bəndində
ərazi bütövlüyünə dəstək punktu yer alacaq.
Qətnamədə Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün
dəstəkləndiyi qeyd olunacaq.
Aİ-nin əsas hədəfi son dövrlər Avropada Katalaniyadan başlayan
separatizmin qarşısının alınmasıdır. Lakin bu, həm də Şərq
Tərəfdaşlığı ölkələrindən Azərbaycanın, Ukraynanın və Gürcüstanın
da ərazi bütövlüyünün dəstəklənməsidir.
“Jamanak” qəzeti yazır ki, bu, Şərq Tərəfdaşlığı sammitində Avropa
İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşan Ermənistana böyük
zərbədir.
Qeyd edək ki, Ermənistan Avropa İttifaqı ilə yeni saziş
imzalayacaq. Lakin bu sazişin imzalanmaması ehtimalı da böyükdür.
Ekspertlər İrəvanın 2013-cü ildə Assosiativ Sazişlə bağlı olduğu
kimi Brüsselə son anda hiylə gələcəyini hesab edirlər. Digər
fikirlərə görə, Sarkisyan əslində Brüssellə yeni sazişi Rusiyaya
qarşı kart olaraq istifadə etmək niyyətindədir. Əsas hədəf 2018-ci
ilin aprelində prezident səlahiyyətlərini təhvil verəndən sonra
Ermənistan üzərində nəzarəti saxlamaq üçün Moskvadan dəstəyin təmin
edilməsidir.
Sarkisyanın bu addımının digər hədəfi Ermənistan daxilində onun
“Moskvanın boyunduruğunda” olması haqda deyilənləri yumşaltmaqdır.
Ermənistan prezidenti Aİ ilə imzalanması gözlənilən yeni sazişdən
həm daxili siyasətdə, həm də özünü qorumaq üçün Moskvanın
qarşısında istifadə etməyi düşünür. Lakin Şərq Tərəfdaşlığı
sammitində qəbul ediləcək qətnamə Sarkisyanın planlarını alt-üst
edə bilər. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən
qətnaməyə onun da imza atmaq məcburiyyətində qalması bumeranq
effekti deməkdir.
Asif
-
Sağlamlıq09:37Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı
-
MDB09:19Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
-
Hadisə08:55Xırdalanda binada yanğın - Yeniləndi
-
MDB08:24Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
-
ABŞ08:00ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa çatdırdı - Yeniləndi
-
Magazin107:15"İstirahət burnumuzdan gəldi" - Ayan xoşagəlməz hadisə ilə üzləşdi
-
ABŞ05:45ABŞ İsrailə yanacaqdaşıyan təyyarələr göndərdi - Nəyə hazırlıq gedir?
-
Qoroskop02:44Günün ulduz falı: Qızıl ortanı tapmaq çətin olacaq
















.jpg)
.jpg)
.jpg)


















