Nida Xəbər
Kaspişik: "Məmmədyarov və Nalbandyan bu sənədlə razıdır”
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Krakov görüşünə dair yaydığı bəyanatda vurğulanır ki, nazirlər prinsipcə ATƏT-in şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair həmsədrlərin tamamlanmış konseptual sənədləri ilə razıdırlar.
Bunu “Novosti Armeniya”ya müsahibəsində ATƏT sədrinin şəxsi
nümayəndəsi Anjey Kaspişik deyib. Onun sözlərinə görə, tərəflər tez
bir zamanda sənəd üzərində işlərin yekunlaşdırılmasına dair
arzularını ifadə ediblər.
Kaspişik işlərin nə vaxta yekunlaşacağı barədə suala cavab verib.
Bildirib ki, ATƏT-in Minsk Qrupunun həlli ilə məşğul olduğu
münaqişə üzrə şəxsi nümayəndənin ofisinin genişləndirilməsi
prinsipi Ermənistan və Azərbaycan prezidentlərinin 2016-cı ildə
Vyana və Sankt-Peterburqda ən yüksək səviyyədə keçilən görüşləri
zamanı qəbul olunub.
"Mənim mandatımın məqsədi tərəflərə inamın artırılması üzrə
qərarların qəbulunda dəstəyin göstərilməsidir. Mən prezidentlərin
qərarını dəstəkləyirəm və bu təşəbbüsün konstruktiv məcrada
inkişafına yardım etmək üçün ATƏT sədri, həmsədrlər və tərəflərlə
müntəzəm əlaqə saxlamağa davam edirəm".
Kaspişik rəhbərlik etdiyi komandanın fəaliyyətinin necə
formalaşacağına aydınlıq gətirib. O, vurğulayıb ki,
genişləndirilmiş qrupda bır sıra beynəlxalq əməkdaşlar olacaq.
Əlavə əməkdaşlar şəxsi nümayəndənin səhra köməkçilərinin işlərini
yerinə yetirəcəklər.
"Həyata keçirilən monitorinqlərin sayının artırılması onların
keçirilməsi müddətinə təsir edəcəkmi" sualına gəlincə, Kaspişik
qeyd edib ki, əlavə personalın olması şəxsi nümayəndənin ofisi
tərəfindən monitorinqin keçirilmə tezliyinin artırılması üçün
potensial yaradacaq.
Kaspişik əlavə edib ki, ATƏT-in şəxsi nümayəndəsinin qrupunun
genişləndirilməsi ön cəbhədə gərginliyin azaldılması və sabitliyin
artırılmasına yardım edə biləcək: "Mən gərginliyi və ön cəbhədə
insan qurbanlarının sayını azaldacaq istənilən addımı
dəstəkləyirəm". (azvision.az)
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb


































.jpg)


