• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Elnur Aslanov işdən çıxarıldı - Tərcümeyi-hal (Yeniləndi)

  • Digər
  • 17 Mart 2014 16:39
  • 4 627 Baxış
Elnur Aslanov işdən çıxarıldı - Tərcümeyi-hal (Yeniləndi)

Xəbər verdiyimiz kimi, Elnur Aslanov Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilib .Bəs, o, qısa müddətli şöbə müdirliyinə necə yüksəlmişdi.

Tərcümeyi-hal

Elnur Kazım oğlu Aslanov — Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri, Siyasi elmlər namizədi. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın oğludur.

1977-ci il yanvarın 15-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini və “Azərbaycan” Universitetini bitirib.

1997-2001-ci illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş şöbəsində təlimatçı, baş referent, 2001-2005-ci illərdə Prezident İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya işinin təşkili və analitik təhlil sektorunda referent, böyük məsləhətçi, 2005-2007-ci illərdə isə Prezident İcra Aparatı rəhbərinin köməkçisi vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri təyin edilmişdi. Prezidentiun bugünkü sərəncamı ilə tutduğu vəzifədən azad edildi.

Yeni Azərbaycan Partiyasının üzvü, siyasi elmlər namizədi, 1-ci dərəcə dövlət müşaviridir.

16.08

Elnur Aslanov Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilib

.Publika.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR