• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Nurçuluqda adı hallanan YAP Gəncə şəhər Təşkilatının sədri DANIŞDI - ÖZƏL

Nurçuluqda adı hallanan YAP Gəncə şəhər Təşkilatının sədri DANIŞDI - ÖZƏL

Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev adının nurçuluqda hallanması barədə yayılan məlumatlara münasibət bildirib.

Naqif Həmzəyev Publika.az-ın əməkdaşı ilə söhbəti zamanı nurçu olması barədə yazılanları cəfəngiyat adlandırıb: “Nurçuluqla bağlı mənim də adımı yazırlar. Yazıblar ki, mən Türkiyədə təhsil almışam və sairə. Mən təkcə Türkiyədə deyil, həm də Bakı Dövlət Universitetində, Almaniya, Rusiya və Portuqaliyada da təhsil almışam. Heç bunları yazan yoxdur, ancaq Türkiyəni yazırlar. Türkiyədə doktorantura təhsili alıram. Başa düşmürəm ki, məgər Türkiyədə oxumaq cinayətdir?

Sonra yazıblar ki, guya məni də araşdırırlar və sairə. Nə etmişəm ki, məni araşdırsınlar? İndi mən əvvəlki kimi öz işimlə məşğulam, işimin başındayam, dövlətimizə, xalqımıza xidmət edirəm”.

N.Həmzəyev mətbuatda onun Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovla münasibətləri olması məsələsinə də toxunub: “Mən Elnur Aslanovu tanımıram, onunla heç bir əlaqəm olmayıb, onunla görüşməmişəm. Mən heç zaman qazandığım etimadı hər hansı hərəkətə görə itirə bilmərəm. Bu cür məlumatları yayan adamlara da demək istəyirəm ki, YAP-a qara yaxmaq mümkün deyil.

Dövlətini, Vətənini sevən adam bu cür hərəkətlər etməz. Bu məlumatı yayanlar da dövləti sevməyən şəxslərdir. Boş-boş yazırlar, adam oxuyanda da gülməyi gəlir. Kimdirsə, sifarişli yazır. Bunlar dövlətimizi nə hesab edir? Bu dövlət elə-belə dövlətdirmi? Mən hər zaman da xaricdə dövlətimizi təmsil etmişəm. Mən bu cür yazılara da əhəmiyyət vermirəm. Allaha şükrlər olsun ki, güclü dövlətimiz var. Allah cənab Prezidentimizin də canını sağ etsin”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR