Sosial
İşsizlik müavinətinin "ləğvi" ilə bağlı RƏSMİ AÇIQLAMA
“Bir sıra KİV-lərdə işsizlik müavinətinin ləğv olunması barədə yayılan məlumatların bu məsələyə yanlış yanaşmanın mövcudluğunu göstərir. Əksinə, bu ildən ölkəmizdə tətbiqinə başlanan “İşsizlikdən sığorta haqqında” Qanun müasir dünyada işsizlikdən sığorta sahəsində mövcud olan mütərəqqi cəhətlər əsas götürülməklə Azərbaycanda işsizlikdən müdafiə və işsizliyə görə sığorta ödənişi sisteminin formalaşdərılmasın imkan verib”.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
Ayrı-ayrı mətbuat orqanlarında işsizlik müavinətinin ləğv
olunması barədə yayılan məlumatlara aydınlıq gətirən Elman Babayev
qeyd edib ki, “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası ilə
əlaqədar Nazirlər Kabinetinin bir sıra qərarlarını ləğv etməsini
işsizlik müavinətinin ləğv olunması kimi başa düşmək düzgün
deyil:
“Burada məqsəd müvafiq sahədə qanunvericilik aktlarında uyğunluğun
təmin olunması, müvafiq texniki təkmilləşdirmələrin aparılmasıdır.
Eyni zamanda işsizliyə görə müavinət anlayışının işsizlikdən
sığorta anlayışı ilə əvəzlənməsi də bu təkmilləşdirmələrin əsas
məqsədidir. Çünki “İşsizlikdən sığorta haqqında” Qanunda həmin
Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş
əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması
kimi işsizlikdən sığorta nəzərdə tutulub. İşsizlikdən sığorta
ödənişinin isə 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə
əlavə və minimum sığorta ödənişi müəyyən olunub”.
Şöbə müdiri onu da qeyd edib ki, 2018-ci ilin əvvəlindən Azərbaycanda tətbiqinə başlanan işsizlikdən sığorta sistemi işsiz şəxsin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiya edilməsinə, onun əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsinə xidmət edəcək.“İşsizlikdən sığorta haqqında” Qanunla bu ilin əvvəlindən yaradılan İşsizlikdən Sığorta Fondunda cari ildə toplanması nəzərdə tutulan 89 mln. manat vəsaitin 37,6 faizi və ya 33,5 mln manatı məhz işsizliyə görə sığorta ödənişlərinə yönəldiləcək, halbuki 2017-ci ildə bu məqsədə cəmi 17,5 mln. manat vəsait yönəldilmişdi: “Belə ki, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizliyə görə sığorta ödənişi ilə təmin olunacaqlar. Aktiv əmək bazarı tədbirləri kimi, bu sahəyə yönəldilən vəsaitin məbləği də cari ildən əhəmiyyətli şəkildə artırılıb”.
Könül Cəfərli
-
İdman06:46Ağır zədə 20 yaşlı oyunçunun həyatına SON QOYDU
-
Magazin206:16Xatun fərqli tərzi ilə göz qamaşdırdı - VİDEO
-
Magazin103:13Dua Lipa "çılpaq" transparan libasda şəhəri dolaşdı - VİDEO
-
Region02:12Nəhəng vulkan 700 min ildən sonra “oyanır”
-
Qarabağ 00:30Suqovuşan yolundan eksklüziv görüntülər - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, sizə xoşbəxtlik gətirəcək
-
Hadisə27 Noyabr 23:12Hərbçimiz Laçında minaya düşdü - Vəziyyəti ağırdır
-
ABŞ27 Noyabr 22:12Şiddətli zəlzələ Alyaskanı SİLKƏLƏDİ














.jpg)


















_(3).jpg)





