Hadisə
Bərdədəki qətlin DƏHŞƏTLİ təfərrüatı (YENİLƏNİB)
Bərdənin Qaratapə kəndindəki dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub.
Qaratapə kənd bələdiyyə sədri Faiq Süleymanov Publika.az-a hadisənin namus üstə törədildiyini bildirib.
Onun sözlərinə görə, onlar 5-6 ay əvvəl boşanmaq üçün məhkəməyə də müraciət ediblər: “Günay bizim kənddən deyil. Təxminən 8-9 ildir ailə qurublar. Neçə aydır aralarında problem olduğunu bilirdik. Boşanma ərəfəsindəydilər. Düzdür, ailənin içində deyilik və dəqiq danışmaq çətindir. Amma vəziyyətlərinin yaxşı olmadığını kənddə hamı bilirdi. Qadın əyri yolda idi. Bu hadisə gecə saat 04:00-da baş verib. Mənə də polis məlumat verdi. Polisə də Səbuhi özü zəng edib”.
F.Süleymanov qeyd edib ki, Səbuhi ilə Günayın 3 uşağı var, hadisə baş verəndə onlardan ikisi evdə olub: “İki oğlu, bir qızı var. Boşanma məsələsi çıxandan qızı evdən çıxıb gedib, ata babasıgildə qalır. Mən də evlərinə qayıtması üçün arxasınca getmişəm, amma anasına görə qayıtmayacağını, elə ana istəmədiyini deyirdi. Oğlanlar isə yaşca qızdan balacadır. Onlar evdə olsalar da, hadisəni bilməyiblər. Biz onları evdən çıxarıb, babasıgilə göndərdik”.
***
10:19
Bərdə rayonunda qətl hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Qaratapə kənd sakini Səbuhi Həsənov həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günel Həsənovanı baltalayaraq öldürüb.
Bərdə rayon Polis Şöbəsindən bildirilib ki, hadisə gecə saat 04:00 radələrində qeydə alınıb. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Şübhəli şəxs qismində saxlanılan S. Həsənov həyat yoldaşını öldürdüyünü etiraf edib. Üç uşaq anası olan qadının meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsində müayinə olunduqdan sonra yaxınlarına təhvil veriləcək.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.
Gülxar
-
MDB15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq
-
Elm və təhsil14:21Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
-
Sosial14:12Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq
-
Nida Xəbər 12:27Əli Əsədov onu vəzifədən azad etdi
-
Dünya12:12AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
-
MDB11:42Gürcüstanın sabiq baş prokuroru Rusiyada bölmə yaratdı - Ukraynaya qarşı vuruşacaq
-
Ekologiya11:18Antarktidada şok iqlim anomaliyası: Buzlar niyə qəfil artdı? - Alimlər səbəbi tapdı




















.jpg)





.jpg)
.jpg)



.jpg)



.png)




