Dünya
Ərdoğanı devirmək üçün İstanbula gələn Amerika casusları - ADLAR
Türkiyədə 15 iyul dövlət çevrilişi günü İstanbula gələn
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) 10 casusunun kimliyi ortaya
çıxıb.
Publika.az xəbər verir ki, 15 iyul gecəsi İstanbul
“Büyükada Splendid Palace” otelində məxfi toplantı keçirilib.
Dövlət çevrilişi planı bu oteldən idarə olunub. Əsas şəxs CİA-nın
Türkiyə üzrə keçmiş mütəxəssisi Henri Barkey və İstanbul masasının
şefi Qraham Fuller olub. Toplantıda iştirak edən 16 nəfərin 6-sı
türk, 10-u isə əcnəbi olub. Diqqət çəkən məqamlardan biri
toplantıda iştirak edən CİA-ya bağlı şəxslərin hamısının Yaxın
Şərq, Türkiyə, İran, Suriya üzrə mütəxəssis olmalarıdır.
Henri Barkey
CİA-nın Türkiyə üzrə keçmiş mütəxəssisi.
Qraham Fuller
CİA-nın İstanbul masasının keçmiş şefi. Fətullah Gülənə ABŞ-da
yaşamaq hüququ verilməsində böyük rol oynayıb.
Ellen Laipson
ABŞ Qlobal Təhlükəsizlik Konseyi rəhbərinin keçmiş köməkçisi, Yaxın
Şərq Siyasətləri İnstitutunun analitiki. Laipson 2009-2013-cü
illərdə ABŞ prezidenti Barak Obamanın yanında Kəşfiyyat Qurumunun
üzvü olub.
Ali Vaez
ABŞ-da fəaliyyət göstərən “Vudro Vilson” beyin mərkəzinin
rəhbərlərindəndir. Beynəlxalq Böhran Qrupunun İran bölümünün
direktoru.
Mesud Karokhail
“Bonn Beynəlxalq Mərkəzi” və “The Liaison Center” kimi bir çox
beyin mərkəzinin Yaxın Şərq üzrə analitiki.
Samir Sumaidaie
İraqın ABŞ-dakı keçmiş səfiri.
Marva Daoudi
Beynəlxalq münasibətlər və yaxın Şərq üzrə mütəxəssis.
Silvia Tiryaki
Slovakiya əsilli siyasi analitik. İsrail-İsrail münasibətləri,
Ermənistan və Yaxın Şərq üzrə mütəxəssis.
Ahmed Morsi
“Karnegi” fondunun mütəxəssisi. Yaxın Şərq, Misir, İran və ABŞ üzrə
analitik. 15-19 iyul tarixlərində Türkiyədə olub.
Ellie Qeranmayeh
Avropa Xarici Münasibətlər Konseyinin mütəxəssisi.
Qeyd edək ki, Türkiyə tərəfi bu şəxslər haqda cinayət işi açıb.
Asif
-
ABŞ03:13Trampın “Bu avtomatik qələm…” sözləri Cinpini güldürdü - VİDEO
-
Səhiyyə00:15Beynin qocalmasını ləngidən möcüzə - Bu vitamin xilaskar ola bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Özünüzə zərər verə bilərsiniz
-
İdman24 Sentyabr 23:36Çox qorxuncdur – Anri hansı komandanı deyir?
-
Magazin124 Sentyabr 22:36"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
-
İdman24 Sentyabr 22:2441 yaşlı Ronaldo millinin start heyətində - VİDEO
-
ABŞ24 Sentyabr 22:00Daha bir ölkə səması İran üçün bağlandı - Xüsusi sərəncam olmasa...
-
İKT24 Sentyabr 21:24"TikTok" milyonlarla dollar cərimə ödəyəcək - “ByteDance” geri çəkildi

















.jpg)














