Arvadına görə atasını güllələdi - GİZLİ TARİX
Bizi izləyin

Qırmızı.az

Arvadına görə atasını güllələdi - GİZLİ TARİX

Allahyar bəyə kişilik dərsi

Mustafa ağa uzun müddət "Şah Talasında" Məcid ağanın yanında qonaq qalır. Xeyli əvvəl, atasının ölümündən sonra onun yurdunu tapdalayıb, sahib çıxan Allahyar bəyi aynalı tüfənginin qonağı etmək üçün üzü Şəkərbəyə tərəf yol alır. Bu köçün başında özü, Məcid ağa və çoxlu sayda qohum-qardaşdan ibarət silahlı dəstə irəliləyir, arxadan isə, mal-qara köçü yoladavam edir.

Allahyar bəy Yelzavetpol Qubarnatoru tərəfindən Tovuzqarışıq nümayəndə təyin olunduğu "Xınna dərəsi"nə və ona yaxın olan bütün kəndlərin yaylaq yerlərinə sahib olaraq ortaya çıxır.

Və bu gün onun yatıb-qalxdığı yaylaq- kənd yeri Yaqub ağanın ölmündən sonra boş qalmış Şəkərbəy kəndi idi.

Allahyar bəy gecədən hücum xəbərini almışdı. Dağların ətəyində yerləşən Şəkərbəy kəndi dik qaya başında məğrurla dayanmış sərt canavara bənzəyirdi.

Bu yalquzaq təslim olmağı deyil, hücuma doğru hücum etməyi qarşısına məqsəd qoymuşdu. Dan üzü, bütün Şəkərbəyə doğru çıxan yolllarda, hər kol dibində, hər qaya başında bir əli silahlı Mustafa ağanı ata yurdunda məhv etməyi düşünür.

Köç kəndi keçib yaylaq yerinə vardıqdan sonra da, heç kim görünmür. Allahyar bəy kələk gəlmişdi. Mustafa ağanı dostları ilə birgə mühasirəyə salmış və məhv etmək üçün yetişəcək ləzzət dolu anı gözləyir.

Həyətin ortasında dayanan Mustafa ağa çox da gözləməli olmur.

Allahyar bəy əlində naqan birbaşa ona tərəf irəliləyir.

Ona kişilikdən dəm vuran bəy ağanı sözü ilə tərkislah edəcəyinə əmin idi.

Amma, cavan, dəli-dolu ağanı başa salmaq üçün onun bicliyi və təcürbəsi yetmədi olmur.

Qısaca, dialoqdan sonra atdan düşən Mustafa ağanı qəzəbi şahə qalxır.Silahını kənara ataraq Allahyar bəyin üstünə şığıyır, əl atıb bəyin boğazında keçən şah damarını dartıb bayıra çıxarır.

Allahyar bəy səhvinin qurbanı oldu. Silahlıları isə başçılarının məhvindən sonra təslimin daha ağıllı seçim olacağını anlamışdılar.

Artıq, Mustafa ağa Şəkərbəyin sahibi idi, gecədən xeyli keçənə qədər qələbə sədaları davam edirdi.

Atasını güllələdi...

Qara Musanın adı gələndə "Şah Talası"nda qorxusundan gizlənməyən adam qalmazmış.

O, dəhşətli repressiyanın əzablarını öz üstündə təcrübədən keçirmiş adam idi. İndinin özündə də onun haqqında danışanlar Musanın sifətini yaddan çıxarmadıqlarını deyirlər. Dəhşətli dərəcədə qorxunc simaya malik olan bu adamın həyatı da qara rənglərlə dolu olub.

Olduqca əsəbi olması başından bir an da, olsa bəlanı əskik etməyib. Yerli əhalidən tutmuş - rus əsgərlərinə qədər divan tutmadığı adam qoymayıb.

Musa Mustafa ağanın əmisi oğlu olan Məcid ağanın bacısı oğludur.

Sözünün üstünə söz deyəcək olan adamı yerindəcə güllələyir.

Atasına qarşı etdiyi əməl isə onun bütün işlərinin ən qeyri-adisinə çevrilir.

Bir gün evə daxil olan Musa atasının onun həyat yoldaşını söyməsini eşitdikdə qəzəblənir.Kişini məzəmmət edir ki, söyməsin. Bu dəfə hədəf özü olur.

Əsəbiləşən qara Musa tüfəngi çevirib kişini güllələyir.

Güllə səsinin əks-sədası bütün "Şah Tala"sını bürüyür. Bir addımlıqda olan Məcid ağa güllə səsinə Musagilə yüyürür.

Musa isə atasını güllələdikdən sonra Məcid ağanın onlara tərəf gəldiyini görüb,arxa qapıdan evi tərk edir.

Məcid ağa otağa daxil olanda artıq Musanın atası canını tapşırmış olur.

Bütün nəsil yığışır, yaqubluların axtarmadığı yer qalmır, amma Musa tapılmır.

Kişinin yeddi mərsimi verilir və hər kəs evinə-eşiyinə yığışır.

Məcid ağa isə uzun müddət Musanı axtarsa da tapa bilmir.

Bir gün otağında əyləşib Musa haqqında düşünən Məcid ağa gözlənilməz hadisənin şahidi olur.

Otağın qapısı döyülmədən açılır, Musa əlində silah dayısına tərəf qaçır. Bir adımlığına çatanda diz çökür.

Silahını, patrondaşını yerə töküb, bağırır:

Öldür məni, dayı!

Bir həftədən artıqdır ki, həqiqətən də Məcid ağanın öldürmək üçün axtardığı Qara Musa ortaya çıxmış,üstəlik ölümünü də xahiş edirdi.

Məcdi ağa heyrətə düşür.Qarşısında fələyin belə əyə bilmədiyi əjdahayabənzər adamın ikiqat olması onu fikrindən daşındırır.

Əli ilə işarə edir, Musa ayağa qalxır.

Məcid ağa Musaya deyir:

-Səni öldürmürəm, amma sualıma kişi cavabı ver.Bir həftə idi harda gizlənmişdin?

Qara Musa atasını öldürən kimi ağlına gələn ən təhlükəsiz yer elə Məcid ağanın evinin damı imiş.

Kişi qaçıb burda gizlənir və evdə adam olmayan kimi xəlvətcə, mətbəxə girir çörək götürüb yuxarı çıxırmış.

Məcid ağa qabağına gələn ölüm arzusunu geri çevirir.

Qara Musa isə əvəzində SSRİ məhkəməsinin qərarı ilə güllələnə qədər Məcid ağanın silahdaşı kimi yaşayır.

(Yazının əvvəli burda.. http://1937.az/authors/96)

(Ardı var)

Əziz Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm