Qırmızı.az
“Raffi Ovanisyan ilə Leyla Yunus arasında “isti münasibətlər” olub” - YAP rəsmisindən sensasion AÇIQLAMA
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun şəxsi həyatı ilə bağlı maraqlı faktları açıqlayıb.
YAP rəsmisi A.Hüseynov Publika.az-a açıqlamasında deyib ki, Ermənistanın “İrs” partiyasının lideri Raffi Ovanisyan ilə Leyla Yunus arasında “isti münasibətlər” olub:
“Hətta, Raffi Ovanisyan Bakıda səfərdə olarkən Leyla Yunusla aralarında yaxşı münasibətlər olduğunu bəyan edib. İstisna deyil ki, hər dəfə Ermənistana gedən zaman Raffi Ovanisyan Leyla Yunusla görüşür və sairə. Hətta, millətçi ermənilər də buna görə Raffi Ovanisyanı qınayırlar. Bütün bunlar bir daha onu göstərir ki, Leyla Yunus özünü ermənilərə daha yaxın bilir, erməniləri əziz tutur və sairə. Onun bu əməlləri zaman-zaman ifşa olunsa da, ancaq Leyla Yunus bu yoldan çəkinmək istəmir. Leyla Yunusun Ermənistan tərəfində casusluq etməsi də şübhə doğurmur. Hesab edirəm ki, bütün bu əməllərinə görə Leyla Yunus cavab verməlidir və Azərbaycan xalqı qarşısında öz əməllərini etiraf etməlidir. Əks halda Azərbaycan xalqı onu bağışlamaz”.
Vasif Həsənli
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ