İdman
Baş nazir şahmat turnirində
Bakıda keçirilən şahmat üzrə Qran-pri turnirinin birinci mərhələsinin onuncu turu başa çatıb.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə də tamaşaçılar sırasında olub. Hımçinin baş nazirin birinci müavini, 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov da Qran-pri yarışının onuncu turunda şahmatçılarımızın çıxışları ilə maraqlanıblar.
Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçirilən yarışın bu turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ idmançısı Hikaru Nakamura ilə heç-heçə oynayıb. Digər şahmatçımız Teymur Rəcəbov isə İsrail təmsilçisi Boris Gelfanda məğlub olub.
On turdan sonra İtaliya şahmatçısı Fabiano Karuano və İsrail təmsilçisi Boris Gelfand hərəyə 6 xal toplayaraq 1-2-ci yerləri bölüşürlər. Sergey Karyakin, Petr Svidler, Yevgeniy Tomaşevski və Hikaru Nakamura 5,5, Teymur Rəcəbov və Aleksandr Qrişuk 5, Şəhriyar Məmmədyarov və Rüstəm Kasımcanov 4,5, Dmitriy Andreykin 4, Lenyer Domingez isə 3 xal toplayıblar.
-
ABŞ15:08ABŞ-da 5 erməni həbs olundu - Şəxsi məlumatları oğurlayırlarmış-FOTO
-
MDB14:57Rusiya dəhşətli döyüş kadrları yaydı: Rıbalskoe itirildi - VİDEO
-
MDB14:48Bu barədə düşünmək qorxuludur - Lukaşenko
-
İqtisadi gündəm14:30Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
-
Dünya14:22Zəlzələ qurbanlarının sayı 38-ə çatdı - YENİLƏNDİ
-
Nəqliyyat13:52"Bu, sıxlığın və intervalın azaldılması istiqamətində atılan müsbət addımdır" - Ekspert
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür

































