Qırmızı.az
266 nəfər brusellyoza yoluxub
266 nəfərdə bruselyoz aşkar edilib. Buna səbəb xəstəliyə yoluxmuş heyvan məhsullarından qidalanmaqdır. Xəstəlik birbaşa çiy süd və pendirlə yoluxur.
Bunu Publika.az-a açıqlamasında Dövlət Baytarlıq nəzarəti xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.
Onun sözlərinə görə, insanlar üçün təhlükəli olan brusellyozla bağlı monitorinqlər aparır.
“Dövlət Baytarlıq Xidməti tərəfindən heyvanlardan qan nümunələri alınıb, eləcə də xırdabuynuzlu heyvanlarda göz damla üsulu ilə profilaktik peyvəndləmə həyata keçirib. Son doqquz ay ərzində 981 min 824 min baş iribuynuzlu brusellyoza qarşı yoxlanılıb. Yalnız 1121 baş iribuynuzlu heyvanda brusellyoz aşkarlanıb. Əvvəlki illərdə bu rəqəm 1300-1400 baş olurdu”.
Y.Xanvəlinin sözlərinə görə, 1 276412 baş heyvanda göz damla üsulu ilə peyvəndləmə həyata keçirilib.
“Dörd ildir bu üsul həyata keçirilir. Bu səbəbdən də xırdabuynuzlu heyvanlar arasında brusellyoza yoluxma halı aşağı düşüb. Bu ilin doqquz ayında 696 min ana qoyun, 146 min 233 baş qoç müayinə edilib. Qoç bruselyozun ən böyük daşıyıcısıdır. Həmin heyvanlardan qan nümunələri götürülüb və 330 baş heyvanda bu xəstəlik aşkarlanıb. Xəstəlik yalnız bizdə deyil, bütün dünyada müşahidə olunur. Əsas məqsədimiz isə sayın maksimum azaldılmasıdır. Bu xəstəlik heyvandan insana keçdiyində diqqətli olmaq lazımdır. Bu heyvanların əti tam bişirildikdən sonra heç bir təhlükəsi yoxdur”.
Xəstə heyvanların bazara çıxarılmasına gəldikdə, Y.Xanvəli bunun mümkün olmadığını bildirib:
“Xəstə heyvan 15 gün nəzarətdə saxlanır. Müvafiq müayinələr aparılır, xəstəlik tam təsdiq edilərsə, daxili orqanları yandırılaraq basdırılıb, əti isə kəsilərək bişirilmiş formada istifadəyə verilib. Xəstəliyə yoluxmamaq üçün təsərrüfat sahibləri çiy süd içməməli, pendiri ən azı 40 gün duzda saxlamalıdırlar. Hətta brusellyoz təhlükəsi olmasa belə, bu qaydalara əməl etmək lazımdır. Heyvanın əti tam bişirilməlidir”.
Qeyd edək ki,brusellyoz insanda hərarət və titrətmə ilə müşahidə olunur. Xəstəlik daha çox dayaq-hərəkət aparatına, xüsusilə də sinir sisteminə mənfi təsir edir.
Gülxar
-
Nəqliyyat16:40
Bu yollarda tıxac var
-
Magazin216:10
Emrah dünya ulduzları ilə qonşu olacaq - Özünə lüks mənzil alır
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin212:05
Seda Sayan əri ilə Dubaya köçür - Türkiyədəki villasını satışa çıxardı
-
MDB11:22
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı