Qırmızı.az
“RabitəBank”ın vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərildi
“RabitəBank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “RabitəBank” ASC-nin Lənkəran filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaq zamanı “RabitəBank” ASC-nin Lənkəran filialının sabiq müdiri Tərlan Məmmədovun həmin filialın xəzinədarları Azad Kərimov, Seyran Məmmədov və tanışı Elçin Qulamov ilə qabaqcadan əlbir olan qrup təşkil edərək özgənin əmlakını talama məqsədi ilə 17 nəfər Lənkəran rayon sakininə guya müxtəlif məbləğlərdə kredit vəsaitlərinin verilməsi haqqında kredit müqavilələri, kassa məxaric orderləri və digər rəsmi sənədləri tamah niyyətilə saxtalaşdıraraq, filialın xəzinəsindən həmin pul vəsaitlərini məxaric edib götürməklə “RabitəBank” ASC-nin 45 min 705 manat pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə talamalarına şübhələr üçün əsaslar olduğundan Tərlan Məmmədova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313-cü (vəzifə saxtakarlığı), Azad Kərimov 179.3.2, 313, Elçin Qulamov 32.5 (iştirakçılıq), 179.3.2, 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), həmçinin bank filialının baş mühasibi Əlövsət Həbibova 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
Seyran Məmmədov isə ölkə ərazisindən xaricdə yaşadığından onun Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilərək barəsində axtarışı elan olunub.
İstintaq zamanı ziyanın ödənilməsi tam təmin edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO



































