Qırmızı.az
Nazir İtaliyada beynəlxalq tədbirdə iştirak edəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri İtaliyada Avropa Sosial Xartiyası ilə bağlı keçiriləcək konfransda iştirak edəcək. Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, oktyabrın 17-18-də İtaliyanın Turin şəhərində Avropa Sosial Xartiyası üzrə beynəlxalq səviyyəli konfrans keçiriləcək. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
Konfransın məqsədi Avropa Şurasına üzv dövlətlərin aidiyyəti strukturlarının və Avropa İttifaqının rəhbər şəxslərinin iştirakı ilə Avropada davam edən iqtisadi böhran şəraitində Avropa Sosial Xartiyasına əsaslanan normativ sistemin gücləndirilməsi və onun tətbiqinin genişləndirilməsi məsələlərini müzakirə etməkdir.
Tədbirin ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi müddətində prioritet olaraq seçdiyi mövzulardan birinə həsr edildiyi nəzərə alınaraq, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nazirlər Sessiyasında əsas çıxışçılardan biri kimi müəyyən olunub.
Xatırladaq ki, sosial müdafiə sahəsində mühüm beynəlxalq sənədlərdən biri olan Dəyişdirilmiş Avropa Sosial Xartiyasının 18 maddəsi 2004-cü ilin yanvarında Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilib. Digər bir sıra maddələrin də ratifikasiyası istiqamətində ardıcıl işlər aparılır. Qəbul edilən maddələr əmək, peşə yönümü, cinsi ayrı-seçkiliyə məruz qalmadan məşğulluq və peşə sahəsində bərabər imkanlar, əmək müqaviləsinə xitam verilən zaman müdafiə, səhhətin müdafiəsi, sosial rifah xidmətlərindən yararlanmaq, ədalətli mükafatlandırma, işçinin iş yerində ləyaqətinin müdafiəsi və s. məsələləri əhatə edir. Azərbaycanın milli qanunvericilik sistemində aparılan islahatlar, ölkənin sosial-iqtisadi tərəqqi yönümlü siyasəti, qəbul edilən dövlət proqramları, strategiya və konsepsiyalar mahiyyət etibarilə Dəyişdirilmiş Avropa Sosial Xartiyasının ümdə prinsiplərinə uyğunlaşdırılıb.
-
ABŞ01:41Putin Trampı təbrik etdi
-
Səhiyyə00:45İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
-
Qoroskop00:30Günün ULDUZ FALI - Belə hərəkət etmək sizə uğur gətirəcək
-
Magazin200:0081 yaşlı Türkan Şorayın son halı - FOTO
-
Sosial4 İyul 23:36Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub? - Ekspert rəyi
-
Magazin24 İyul 22:00CeyLo onun toyuna dərin sinə dekolteli libasda getdi - FOTOLAR
-
Sosial4 İyul 21:36Xanım deputata ağır itki üz verdi
-
Sosial4 İyul 21:24Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə deyib ki...
























.jpg)





