Qırmızı.az
İntiqam Babayev: “Bütün ölkələrdən iştirakçıları qəbul etməyə hazırıq”
28-30 Oktyabr 2014-cü il tarixində Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumunda 115 ölkənin iştirakı bu günə qədər hökumət tərəfindən təsdiqlənib.
Dünyanın bir çox ölkələrində böyük marağa səbəb olan Forumla bağlı öz fikirlərini bölüşən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, dünya ölkələrinin bu foruma yüksək marağı təqdirə layiq haldır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ev sahibliyi edən ölkə kimi bizim üçün bu forumun yüksək səviyyədə keçirilməsi ən ümdə məsələdir.
"İştirakçıların sayı ilə əlaqədar onu qeyd etmək istəyirəm ki, hər bir beynəlxalq tədbirdə olduğu kimi, bizim Forumun da əsas təşkilatçısı olan Birləşmiş Millətlər Təşkilatı tərəfindən ölkələr üçün kvotalar müəyyən edilib (say məhdudiyyəti) və bu kvotalar bütün ölkələr üçün eynidir. Təəssüflər olsun ki, bəzi KİV-lərdə Ebola xəstəliyi olan ölkələrdən iştirakçılara qarşı xüsusi məhdudiyyətlərin qoyulduğu haqqında yalnış məlumatlar yayılıb. Biz dinindən, milliyyətindən, irqi mənsubiyyətindən asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vemirik və bütün ölkələrdən qeydiyyatdan keçmiş iştirakçıları qəbul etməyə hazırıq. Problem ondadır ki, bəzi ölkələr ayrılmış kvotadan daha çox namizədlər irəli sürüblər və biz tədbirin şərtlərinə riayət edərək, bunun mümkün olmadığını həmin ölkələrin nəzərinə çatdırmışıq.”
Qeyd edək ki, Foruma 41 ölkədən gələn nümayəndə heyətinə nazir, 12 ölkədən – gənclər siyasətinə məsul ən yüksək qurum rəhbəri (nazir statusunda), 20 ölkədən – nazir müavini, 42 ölkədən – şöbə müdirləri qatılacaq. Oktyabrda baş tutacaq Forumda ümumilikdə 700 nəfərin iştirakı gözlənilir.
İştirakçılar 4 kateqoriya üzrə bölünüb.
I kategoriyaya 200 nəfər gənclər siyasəti üzrə məsul nazirlər və digər yüksək vəzifəli dövlət nümayəndələri, II kategoriyaya 200 nəfər hökumətlər tərəfindən namizədliyi irəli sürülmüş qeyri-hökumət nümayəndələri, III kategoriya iştirakçılar: 200 nəfər ərizələr əsasında seçilən gənc, gənclər təşkilatlarının nümayəndələri və gənclər siyasətinin ekspertləri, IV kategoriya iştirakçılar: 100 nəfər ekspertlər daxildir.
Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə elçisi və Azərbaycan Hökuməti tərəfindən gerçələşdiriləcək tədbirdə öz iştirakını təsdiqləyən rəsmilər sırasında Osotimehin Babatunde – BMT Əhali Fondunun icraçı direktoru, Maher Nasser – BMT İctimai Məlumat Departamentinin rəhbəri, Marta Vieira da Silva – BMT İnkişaf Proqramının (UNDP) xoşməramlı səfiri, 5il ard-arda qadın futbolçuları arasında FİFA-nın “İlin oyunçusu” mükafatına layiq görülən dünya şöhrətli oyunçu və digərlərin adları yer almaqdadır.
-
Magazin202:42Məşhur türk aktrisa çimərlik geyimində poza verdi - FOTO
-
ABŞ02:42Trampın təsviri olan qızıl sikkənin dizaynını təsdiqləndi
-
Hadisə01:41İsmayıllıdan acı xəbər - Ölən və yaralananlar var
-
Səhiyyə01:11Beyin yuxu zamanı necə işləyir? - Unikal proses
-
Qoroskop00:00Günün ulduz falı - Qorxmadan ilk addımı atın
-
ABŞ19 Mart 22:48Tramp bu dili öyrənəcəyinə söz verdi
-
Magazin119 Mart 22:36Şəbnəmdən İDDİALI AÇIQLAMA - “Onlara ən çox pul verən mənəm”
-
Sosial19 Mart 21:12Çak Norris xəstəxanaya yerləşdirildi









.jpg)





















.jpg)
