Ekopublika.az
Əhməd Davudoğlu: “TANAP sülh layihəsidir”
“Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) üzrə boruların 80 faizi türk şirkətləri tərəfindən hazırlanacaq. Şirkətlərimiz 420 mln. dollar həcmində polad boruları tədarük edilməsinə dair tenderin qalibi olublar”.
Publika.az-ın məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib. O qeyd edib ki, TANAP sülh layihəsidir: “Ölkələrin bir-biri ilə enerji ticarəti sülhü təmin edir. Neçə ki bir zamanlar “İpək yolu” layihəsi bu vəzifəni üzərinə götürmüşdüsə, indi də TANAP eyni rolu oynayır. 21-ci əsr enerji əsri olacaq. Biz atdığımız addımlarla enerji üzərindən dünyaya sülh əsri yaşadacağıq”.
Qeyd edək ki, TANAP layihəsi ilə bağlı keçirilən 1800 kilometrlik əsas boru xəttinin tikintisi ilə bağlı tenderdə 80 faiz payı “Tosçelik”, “Borusan Mannesmann”, “Erciyas Boru”, “Emek”, “Umran” və “Noksel” qazanıb. Boru xəttinin yerdə qalan qisim – 20 faizi isə xarici tədarükçü “Baosteel Europe” şirkəti tərəfindən tikiləcək.
TANAP-da 1 milyon 200 min tonluq işin təxminən üçdə birinə bərabər olan 400 min tonluq hissəsini tək başına “Tosçelik” icra edəcək. “Borusansa-Mannesmann”, “Erciyas Boru” və “Noksel ” nın meydana gətirdiyi konsorsiyum təxminən 300 min , “Ümran Boru” və “Emek Boru” 200 min tonluq qisimini icra edəcək.
TANAP ana xətt boruları ilə bağlı tender 14 fevral 2014-cü ildə elan edilmişdi. Müsabiqədə yerli və xarici 18 şirkət iştirak edib.
İqtisadiyyat şöbəsi
-
ABŞ01:41Putin Trampı təbrik etdi
-
Səhiyyə00:45İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
-
Qoroskop00:30Günün ULDUZ FALI - Belə hərəkət etmək sizə uğur gətirəcək
-
Magazin200:0081 yaşlı Türkan Şorayın son halı - FOTO
-
Sosial4 İyul 23:36Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub? - Ekspert rəyi
-
Magazin24 İyul 22:00CeyLo onun toyuna dərin sinə dekolteli libasda getdi - FOTOLAR
-
Sosial4 İyul 21:36Xanım deputata ağır itki üz verdi
-
Sosial4 İyul 21:24Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə deyib ki...










.jpg)

















.jpg)





