Tabloid.az
Sənətçinin oğlu xəstəxanaya yerləşdirildi - “Xilas ola bilmədik” FOTO+ÖZƏL
Bu günlərdə paytaxtın ən nüfuzlu restoranlarının birində yeganə övladı Babəkə toy çaldıran Aşıq Zülfiyyənin sevinci uzun çəkməyib.
Publika.az-ın əldə etdiyi məlumata görə, təzə bəy xəstəxanaya aparılıb. Ayağında sınıq diaqnozu ilə dünən gecə xəstəxanaya aparılan Babəkin ayağı gipsə salınıb.
Xəbəri Aşıq Zülfiyyə də təsdiqlədi: “Toy sevincimiz uzun çəkmədi. Babək evdə iş gördüyü yerdə ayağı sınıb. Gecəylə təcili tibbi yardım maşını çağırdıq, həkim bildirdi ki, oğlumun ayağı sınıb. Xəstəxanaya yerləşdirdilər. Ayağını gipsə qoyublar, yəqin ki, bir müddət əsa ilə yeriməli olacaq”.
Aşıq Zülfiyyə oğlunun başına gələn bu hadisədə bədnəzərləri günahlandırır: “İndiyədək gözə, nəfsə inanmırdım. Amma oğlumun başına gələn bu hadisədən sonra başa düşdüm ki, doğrudan da, göz-nəzər varmış. Durduğumuz yerdə başımıza belə iş gəldi. İndi mən gözə, nəfsə inanmayım, neyləyim? Sözün düzü, toyda da çox həyəcanlı idim. Balamın toy mərasiminin sağ-salamat ötüşməsi üçün qurban da demişdim. İnanın ki, gözə-nəfsə görə nişanlanması xəbərini də hamıdan gizlətmişdim. Yalnız toy günündən bir həftə əvvəl hamıya bu barədə demişdik. Amma bədnəzərdən xilas ola bilmədik”.
Cəvahir Səlimqızı
-
ABŞ01:41Putin Trampı təbrik etdi
-
Səhiyyə00:45İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
-
Qoroskop00:30Günün ULDUZ FALI - Belə hərəkət etmək sizə uğur gətirəcək
-
Magazin200:0081 yaşlı Türkan Şorayın son halı - FOTO
-
Sosial4 İyul 23:36Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub? - Ekspert rəyi
-
Magazin24 İyul 22:00CeyLo onun toyuna dərin sinə dekolteli libasda getdi - FOTOLAR
-
Sosial4 İyul 21:36Xanım deputata ağır itki üz verdi
-
Sosial4 İyul 21:24Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə deyib ki...



























.jpg)





