Ekopublika.az
TAP səhmdarları dəyişib
Trans Adriatik boru kəmərinin(Trans Adriatic Pipeline, TAP) tikintisi üzrə səhmdarlar dəyişib. Fransanın “Total” və Almaniyanın “E.ON” şikrətləri 19% paylarını satıblar.
Publika.az TAP konsorsiumuna istinadən bildirir ki, səhmlərin 16 faizini İspaniyanın “Enagas” şirkəti alıb. “Fluxys” konsorsiumu isə layihədə payını 16% -dən 19%-ə qaldırıb. Hazırda layihə üzrə səhmdarlar belədir: BP (20%), SOCAR (20%), Statoil (20%), Fluxys (19%), Enagas (16%) və Axpo (5%).
TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır. Məlumatlara görə, Xəzər qazını Avropaya Adriatik dənizinin dibi ilə çatdırmaq ideyasını ilk dəfə 2003-cü ildə İsveçin "Axpo" şirkəti irəli sürüb.
İqtisadiyyat şöbəsi
-
ABŞ01:41Putin Trampı təbrik etdi
-
Səhiyyə00:45İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
-
Qoroskop00:30Günün ULDUZ FALI - Belə hərəkət etmək sizə uğur gətirəcək
-
Magazin200:0081 yaşlı Türkan Şorayın son halı - FOTO
-
Sosial4 İyul 23:36Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub? - Ekspert rəyi
-
Magazin24 İyul 22:00CeyLo onun toyuna dərin sinə dekolteli libasda getdi - FOTOLAR
-
Sosial4 İyul 21:36Xanım deputata ağır itki üz verdi
-
Sosial4 İyul 21:24Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə deyib ki...










.jpg)

















.jpg)





