Qırmızı.az
Bakıda 67 min uşaqda xəstəlik aşkarlanıb
"Uşaqların icbari dispanzerizasiyası məsələsi çox önəmli proses olsa da, buna istənilən səviyyədə yanaşılmır".
Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
Onun sözlərinə görə, uşaq ölümü və s. problemlər olanda məsələ diqqət mərkəzində olur, lakin uşaqların dispanzerizasiyası məsələsi bəzən istənilən səviyyədə yanaşılmır. Bunu nəzərə alaraq, bu gündən informasiya kompaniyasına başlayırıq. Bu kompaniya uşaqların sağlamlığını əhatə edir.
Elmi Tədqiqat pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib ki, cəmiyyətdə ən çox haqqı pozulan təbəqə uşaqlardır. Çünki onlar dünyaya gəlir, lakin analar süd verməkdən imtina edirlər. Bu baxımdan “Uşaqların icbari dispanserizasiyası haqqında”qanun layihəsi yüksək dəyərləndirilir:
“Bizi əhatə edən ölkələr arasında bu qanunu qəbul edən yeganə ölkəyik. Bu qanunun əhalinin 1/3-ni əhatə edir. Qanuna əsasən, 0-3 yaş arasında ildə üç dəfə, üç yaşdan sonra ildə bir dəfədən az olmayaraq müayinə edilməlidir. Qanunun vacib məqamlarından biri müayinədən imtina edən valideynlərin bununla bağlı yazılı izahat yazması tələbidir. Bu qanun kompaniya xarakterli deyil.Bu qanunu ana və uşaq ölümləri ilə bağlı aparılan işlərin ən vacib komponenti kimi də qəbul edilə bilər. Bu qanunun tətbiqinin uşaqların sağlamlığının yaxşılaşdırılmasında önəmli rol oynayacaq. Bu il ərzində 2 milyona yaxın uşaq icbari dispanzerizasiyaya cəlb edilib. Ilin sonuna kimi bunun bütün uşaqları əhatə edəcəyinə inanınırıq”.
N.Quliyev onu da vurğulayıb ki, bu il ərzində aparılan icbari dispanzerizasiya zamanı uşaqlar arasında daha çox tənəffüs yolu xəstəlikləri, ikinci yerdə yenidoğulan dövrdə müşahidə olunan xəstəliklər, daha sonra həzm sistemi, virus və yoluxucu xəstəliklər durur. İcbari dispanzerizasiya haqqında qanuna əsasən, mütəşəkkil qrupa aid olan uşaqlar, cəzaçəkmə, internat müəssisələrində olanlar poliklinikalarda, rayon yerlərində yaşayan uşaqlar da poliklinikalarda müayinə edilir. Kəndlərdəki uşaqlar yaradılmış briqada tərəfindən yoxlanılır”.
Baş Səhiyyə idarəsini müavini Rauf Nağıyev bildirib ki, icbari müayinələr nəticələr verir. Ötən ildən başlayan tədbirlər bu il daha intensiv qaydada təşkil edilir:
“Yalnız Bakı şəhəri üzrə 682 mindən çox uşaq var, onların 249 mini məktəbəqədər yaşdadır. Bu müayinələr məktəblərdə də təşkil edilib. Aparılan müayinələr zamanı 67 min uşaqda müəyyən xəstəliklər qeydə alınıb, onların müəyyən qismi müalicəsi başa çatıb. Müayinələr iki mərhələdə aparılır, ilkin mərhələ həkim baxışıdır. Uşaqlar arasında icbari müayinənin aparılması birbaş valideyn məsuliyyətindən ibarətdir. Uşaq evləri, internat müəssisələrində olan uşaqlar da bu müayinələrə cəlb edilir. Ilin sonunda müayinədə iştirak edənlər, müalicəsi başa çatanlar barədə məlumat veriləcək”.
Gülxar Şərif
-
ABŞ15:08ABŞ-da 5 erməni həbs olundu - Şəxsi məlumatları oğurlayırlarmış-FOTO
-
MDB14:57Rusiya dəhşətli döyüş kadrları yaydı: Rıbalskoe itirildi - VİDEO
-
MDB14:48Bu barədə düşünmək qorxuludur - Lukaşenko
-
İqtisadi gündəm14:30Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
-
Dünya14:22Zəlzələ qurbanlarının sayı 38-ə çatdı - YENİLƏNDİ
-
Nəqliyyat13:52"Bu, sıxlığın və intervalın azaldılması istiqamətində atılan müsbət addımdır" - Ekspert
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
































