Qırmızı.az
Azərbaycanın 2015-ci il hərbi büdcəsi Yerevanı qorxuya salacaq
2015-ci ildə Azərbaycanın müdafiə sahəsinə 1778,5 milyon manat vəsait xərclənəcək.
Publika.az xəbər verir ki, bu barədə Maliyyə
Nazirliyinin açıqladığı 2015-ci ilin dövlət və icmal büdcələrinin
təqdimatında bildirilir.
Büdcə xərcləri 21,100 milyon manat proqnozlaşdırılır. Belə ki,
növbəti ildə müdafiə sahəsinə 1778,5 milyon manat ayrılıb. Bu da
2014-cü ilin proqnozundan 8,6 faiz çoxdur.
Qeyd edək ki, cari ildə müdafiə sahəsinə 1637,4 milyon manat vəsait
ayrılıb.
Müdafiə xərclərinin özünün strukturunda qeyd edilir ki, Azərbaycan
Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin
gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün
(xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə
təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə
tutulmuş vəsait nəzərə alınmaqla) müdafiə xərclərinə 2015-ci il
dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində vəsait nəzərdə
tutulmuşdur ki, bu da 2014-cü illə müqayisədə 3,1 faiz-bənd
çoxdur.
Qeyd edək ki, Azərbaycanın müdafiə sahəsinə ayırdığı vəsait
Ermənistanın dövlət büdcəsindən çoxdur.
Asif Nərimanlı
-
Hadisə16:40Vəzifəli şəxs qəfil öldü - FOTO
-
MDB16:29Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!
-
MDB15:47Məşhur italiyalı yazıçı Moskvanı ağız dolusu təriflədi: Gördüyüm ən müasir şəhərdir!
-
Magazin114:27Roza Zərgərli: Onlar mənim simamda Azərbaycan mədəniyyətini salamlayırlar
-
Magazin213:25Uşağını qucağına götürən müğənni xəstəxanalıq oldu - FOTOLAR
-
Ekologiya12:42Sabahın hava proqnozu açıqlandı
-
Yaxın Şərq12:08İranın Xark adasında partlayışlar eşidilir
-
İdman11:00Günün oyunları - AFİŞA

















.png)

















