Qırmızı.az
İstintaq təcridxanasına telefon keçirmək istədilər
Bakıda 3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Vüqar Şahismayıl oğlu Əmrahovun yanına qəsamüddətli görüşə gəlmiş anası - Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 14, mənzil 1 ünvanında qeydiyyatda olan vətəndaş Şəfiyə Süleyman qızı Əmrahovanın üzərinə və əşyalarına baxış keçirilib.
Baxış zamanı onun əynində olan pencəyin cibindən içərisində “Sim” və “Nar” danışıq kartları olan 1 ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, V.Əmrahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilib və hazırda Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.
-
Hadisə16:40Vəzifəli şəxs qəfil öldü - FOTO
-
MDB16:29Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!
-
MDB15:47Məşhur italiyalı yazıçı Moskvanı ağız dolusu təriflədi: Gördüyüm ən müasir şəhərdir!
-
Magazin114:27Roza Zərgərli: Onlar mənim simamda Azərbaycan mədəniyyətini salamlayırlar
-
Magazin213:25Uşağını qucağına götürən müğənni xəstəxanalıq oldu - FOTOLAR
-
Ekologiya12:42Sabahın hava proqnozu açıqlandı
-
Yaxın Şərq12:08İranın Xark adasında partlayışlar eşidilir
-
İdman11:00Günün oyunları - AFİŞA

















.png)

















