Tabloid.az
Milli rəqsimiz estonları heyran etdi - FOTO
Estoniya Milli Opera Teatrının konsert zalında “Etoile Ballet Gala” adlı qala-konsert keçirilib.
Publika.az-ın məlumatına görə, konsertdə dünya
balet ulduzları, planetimizin ən məşhur balet truppalarının
nümayəndələri çıxış ediblər.
Qala-konsertin iştirakçıları arasında Rudolf Nureyev adına XVI
Beynəlxalq Balet Festivalının “Balet sənətinin inkişafında töhfəyə
və yüksək peşəkar ustalıq səviyyəsinə görə” mükafatı laureatı və
Budapeştdə keçirilmiş XVIII Beynəlxalq qala-konsertin xüsusi
mükafatının sahibi, istedadlı rəqqas, azərbaycanlı Ülvi Əzizov da
olub.
Konsertin proqramına “Paris alovu”, “Yatmış gözəl”, “Sonalar gölü”, “Don Kixot”, “Esmeralda” və digər baletlərdən məşhur partiyalar daxil edilib.
“Don Kixot” baletindən klassik partiya ilə yanaşı, milli Azərbaycan rəqsini də ifa edən Ülvi Əzizovun ustalığını xüsusi qeyd ediblər.
Cəvahir
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin27 Noyabr 19:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin17 Noyabr 19:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
























.jpg)








.jpg)

