Nida.az
Dağlıq Qarabağın azərbaycanlı icması Papaya: “Bir dəfə də bizim üçün dua et”
Dağlıq Qarabağın azərbaycanlı icması Roma Papasına müraciət edib.
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin
İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev
Publika.az-a açıqlamasında Türkiyəyə səfəri zamanı
Ermənistanla sərhədlərin açılması çağırışı edən Roma Papası
Fransiskə müraciət edib.
“Dağlıq Qarabağın azərbaycanlı icmasının adından Roma Papasına
müraciət edirəm ki, sərhədlərin açılması üçün dua etmək əvəzinə,
bircə dəfə bizim üçün də dua et. Öz nüfuzundan istifadə edib
insanların taleyi ilə bağlı məsələlərə də diqqət yetir”, - deyə
icma rəsmisi bildirib.
R. Rzayev Roma Papasının sərhədlərlə bağlı mövqeyini erməni
lobbisinin təzyiqi ilə əlaqələndirib: “Bu, erməni lobbisinin
təzyiqindən başqa bir şey deyil. Erməni lobbisi dünyanın tanınmış
insanlarına təzyiq edərək onları bu cür mövqelər sərgiləməyə vadar
edir. Roma Papası mötəbər insandır. Lakin onun sərhədlərin açılması
ilə yox, əziyyət çəkən insanların taleyini müdafiə etməklə gündəmə
gəlməsini istəyərdik”.
Asif Nərimanlı
-
Kriminal18:10DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?

























.webp)













