Bilgi.az
Moskvada xəzinə tapıldı
Moskva ətrafındakı "Puşino-na-Nare" malikanəsinin özülündə XIX əsrin əvvəllərinə aid edilən 380 qədim sikkə tapılıb.
Axar.az rus mətbuatına istinadən xəbər verir ki, 1810-1825-ci illər arasında Rusiya saraylarında kəsilmiş ikiqəpiklik mis sikkələr kərpiç hörgüyə yerləşdirilib. Xəzinəni qəza əleyhinə işlərə başlamazdan əvvəl bünövrəni yoxlayan fəhlə tapıb. Bir zamanlar tədavüldə olan sikkələr yaxşı saxlanılıb.
Eyni nominallı sikkələr belə tapıntılar üçün nadir haldır. Mütəxəssislər hesab edirlər ki, pulları zirzəmidə yaşayan qulluqçu maaşından qənaət edib gizlədə bilərdi. Digər versiyaya görə, sikkələr ev sahibinin uşaqlarına məxsus olub. Çox güman ki, uşaqlar onlarla "oryol-reşka" oynayırlarmış. Sikkələrin əksəriyyəti deformasiyaya uğrayıb.
Yaxın günlərdə xəzinə dövlətə təhvil veriləcək, bərpadan sonra isə onun bir hissəsi malikanənin ekspozisiyasını tamamlayacaq.
Xatırladaq ki, Moskva ətrafındakı Serpuxova şəhərində yerləşən "Puşino-na-Nare" malikanəsi XVIII əsrin sonu XIX əsrə aid memarlıq abidəsidir. İnqilabdan sonra burada lazaret yerləşib. 1975-ci ildə memarlıq abidəsi kimi qəbul edilib. Son zamanlaradək qəza vəziyyətində olub. Bu ilin martında bərpa üçün özəl investor - ASG şirkətinə verilib. Bərpa işləri başa çatdıqda investor obyekti güzəştli şərtlərlə (1 kv. m üçün 1 rubl) 49 il müddətinə icarəyə götürə bilər.
-
Magazin206:16İntihar etdiyi deyilən məşhur aparıcı öldürülübmüş - ŞOK İDDİA
-
Avropa05:45Orta əsrə aid qala qülləsi uçdu
-
Magazin204:1444 yaşlı aktrisa qara mini donda göz qamaşdırdı - Foto
-
Qoroskop01:41Bu bürclər xoşbəxtlik gətirir - onların yaxınlığında şanslı bir zolaq başlayır
-
Qoroskop00:00Günün ulduz falı - Köhnə xatirələr ortaya çıxa bilər
-
Magazin214 Mart 23:12“Hülya Avşarın serialı bərbaddır” - Video
-
Avropa14 Mart 23:00Rusiya Ukraynanı elə bombalarla vurdu ki... - Dəhşətli görüntülər
-
Magazin214 Mart 22:48Əfsanəvi qrupun gitaristi vəfat etdi




































