Həmiltonda işlər qaydasında getmir - Vilnöv
Sabiq “Formula1” pilotu Jak Vilnöv düşünür ki, Corc Rassell artıq “Mercedes”də yeni liderdir.
Publika.az xəbər verir ki, Corc Rassell Mayami yarışında da yeddiqat Dünya Çempionu Lyuis Həmiltonu qabaqlayıb. Beləliklə, Rassell təcrübəli rəqibini bu il 4-cü dəfə yarışda geridə qoyub.
Jak Vilnöv deyib ki, “Mercedes”də liderlik əl dəyişdirir: “Artıq komanda Rassellə yönlənir. Lyuis Həmilton isə boğulmamağa çalışır. O, uzun illər mübarizə aparmadan qələbələr qazandı və indi çətin anda problem yaşayır.
Rassell yarışda pitə girməyib, təhlükəsizlik maşını gözlədi və bu da işə yaradı. Bəxt də Lyuis Həmiltonu tərk edib. Tempi yoxdur və işlər qaydasında getmir.
Çətin mübarizə olacaq, amma Lyuis çempiondur. Nə etmək lazım olduğunu bilir və bunun üçün enerjisi var. Lakin keçən il çempionluğu itirdiyi üçün üzərində böyük yük var. Düşünür ki, çempionluğunu oğurlayıblar. Amma Maksın sürməyindən görünür ki, o, bu titula layiqdir”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
