Yarışda atmosferi azarkeşlər yaradır - Hamilton
“Formula 1” üzrə yeddiqat dünya çempionu Lyuis Hamilton düşünür ki, azarkeşlərin idmana marağını artırmaq üçün yarışlar şəhər tipli traslarda olmalıdır.
Publika.az xəbər verir ki, idmanda getdikcə şəhər tipli traslar artır.
Keçən il Ciddə, bu il Mayami təqvimə daxil olub. Gələn il isə Las Veqasın küçələrində yarışların keçirilməsi planlaşdırılır.
Lyuis Hamilton qeyd edib ki, bir az köhnəfikirlidir: “Buna görə də bəzi tarixi trasları sevirəm, amma yaşlandıqca zövqlərin müxtəlifliyini anlayıram. Çox az insanın yaşadığı, yaxşı hotelləri və auditoriyası olmayan yerlərə gedə bilərik. Bizim üçün tarixi olan trasda sürmək daha əyləncəli olar, ancaq bu, insanlardan asılıdır.
Yarışda atmosferi azarkeşlər yaradır. Pandemiya vaxtı gördük ki, onlarsız mümkün deyil. Yarışlar testləri xatırladırdı və həzz vermirdi. İndi isə sevə-sevə yarışlara gəlirlər.
Daha çox insanın olduğu şəhərlərə getməliyik. Nurburqrinqi çox sevsəm də, orada insan azdır. Mayamidə isə çox şey etmək olar”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
