Azərbaycan Qran Prisinin könüllüləri iş başında - FOTO
"Formula 1" Azərbaycan Qran Prisinin Uniforma və Akkreditasiya Mərkəzi artıq tam gücü ilə fəaliyyətə başlayıb. Builki möhtəşəm idman tədbirinə sayılı günlər qaldığı müddətdə, yarışın keçirilməsində rolu olan əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri mərkəzə gələrək akkreditasiya kartlarını, həmçinin uniformalarını əldə edə biləcəklər.
Publika.az xəbər verir ki, 100-dən artıq könüllünün fəaliyyət göstərdiyi Mərkəz cari ilin 12 iyun tarixinədək fəaliyyət göstərəcək.
"Könüllülər yarışın ayrılmaz hissəsidir. Onların yarışdan öncə fəaliyyəti ilk olaraq məhz Uniforma və Akkreditasiya Mərkəzində başlayır. Onlar mərkəzdə yüksək xidmətin göstərilməsində bilavasitə mühüm rol oynayırlar" – deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova könüllülərin fəaliyyətindən danışarkən bildirib.
Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisində iştirak etmək üçün cari ilin əvvəlində 8000-dən çox namizəd qeydiyyat üçün müraciət edib. İki illik fasilədən sonra 2022-ci il yarışı azarkeşlərin iştirakı ilə baş tutacaq. Bu isə öz növbəsində könüllü olmaq istəyənlərin sayına ciddi təsir edib. Müraciət edənlərin 1500 nəfəri yarışların təşkilinə könüllü olaraq qatılmaq fürsəti qazanıb. Həmçinin, fiziki məhdudiyyətli gənclər də "Formula 1" könüllüsü olmaqda həvəslidirlər və yarışlara qoşularaq yeni təcrübələr əldə etmək üçün qeydiyyatdan keçərək müsahibəyə qoşulublar.
Yarış əməliyyatlarına xüsusi hazırlaşan könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə Bakı Şəhər Halqası Akademiyası tərəfindən intensiv təlimlər keçirilib. Bununla da BŞH könüllüləri "Formula 1" Azərbaycan Qran Prisi 2022 çərçivəsində insan resursları, işçi qüvvəsi, media, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər mühüm istiqamətlərdə yarışın yüksək səviyyədə təşkilində müstəsna xidmət göstərəcəklər.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


