ABŞ
ABŞ Azərbaycan sərhədlərində yeni nüvə bombaları yerləşdirəcək – ŞOK İDDİA
ABŞ ən yaxın illərdə Avropa ölkələrində olan bir sıra hərbi bazalarda müasirləşdirilmiş nüvə bombalarını yerləşdirmək istəyir.
Publika.az xəbər verir ki, bu haqda diplomatik mənbəyə istinadən “RİA-Novosti” agentliyi bildirib.
Agentliyin həmsöhbəti qeyd edib ki, ABŞ sözügedən məsələni Brüsseldə 11-12 iyul tarixlərində keçiriləcək NATO sammitində qaldırmaq niyyətindədir. Onun sözlərinə görə, söhbət “B61” Amerika taktik bombalarının GPS sistemi ilə təchiz edilmiş “B61-12” bombaları ilə əvəzlənməsindən gedir. Avropa KİV-inin məlumatına görə, “B61” bombaları 1960-cı illərdən Almaniya, Niderland, Belçika, İtaliya və Türkiyədə yerləşdirilib.
Xatırladaq ki, ABŞ-ın Hərbi-Hava Qüvvələri iyunda “B61-12” yeni idarə olunan nüvə bombasının birinci ixtisas sınaqlarını keçirib. Sınaqlar zamanı “B-2 Spirit” gözəgörünməz strateji bombardmançılardan istifadə olunub. ABŞ Konqresinin hesablamalarına görə, 2017-2046-cı illərdə ABŞ taktiki nüvə güclərinin modernləşdirilməsi üçün 25 milyard dollar maliyyə ayırmağı planlaşdırılır.
“B61-12” təyyarə bombaları “F-35 Lightning II” beşinci nəsil çoxfunksiyalı qırıcılarının platformalarına uyğun olmalıdır. Gözlənilir ki, “B61-12” bombalarının birinci partiyası 2020-ci ildə silahlanmaya daxil ediləcək.
Ömər Dağlı
-
Rəsmi xronika14:21Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - Yeniləndi/Foto
-
İdman13:50DÇ-nin finalındakı şouda rus sözləri aranı qarışdırıb, FİFA susur - FOTO
-
Ekologiya13:00Gecə yarısı partlayış olub - Yeri nə gözləyir?
-
Köşə11:54Kəsilməmiş qarpız fəlsəfəsi
-
Rəsmi xronika11:03İlham Əliyev Belçika Kralını təbrik etdi
-
Sosial10:24Azərbaycan əhalisinin sayı artdı
-
Region09:48Türkiyə və Rusiya klinikalarında qiymət: Harada daha ucuzdur?
-
Dünya09:42Trampla Meloni arasında qalmaqal yaradan jurnalist öldü










.jpg)
.webp)












.jpg)













