Magazin2
Yaraşıqlı kişilərdə görün nələr çatışmır - Təşkilatçılar qadınlardan yardım istədilər
“Mister England” gözəllik müsabiqəsinə cəmi yeddi nəfər müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Müsabiqənin təşkilatçıları Böyük Britaniyada yaraşıqlı kişilərin kəskin çatışmazlığından şikayətləniblər. Onların sözlərinə görə, britaniyalılar qadınlardan fərqli olaraq utancaq və ləng çıxıblar, titul uğrunda mübarizə aparmağa tələsmirlər. "Miss England" müsabiqəsi üçün isə hər il mindən çox müraciət qəbul edilir.
Təşkilatçılar aşağı fəallığı qadın gözəllik müsabiqələrinin daha yaxşı reklam olunması və daha adəti hall olması ilə əlaqələndirirlər. Vəziyyəti düzəltmək cəhdi ilə onlar “Miss England”ın yarımfinalçılarına müraciət edərək dostlarını və oğlan partniyorlarını namizəd göstərmələrini xahiş ediblər.
Müsabiqənin iştirakçıları 17-dən 27 yaşınadək kişilər ola bilər. Şərtlər onların subay, özünə inamlı, idmançı, yaraşıqlı və xarizmatik olmasını tələb edir. Onların həmçinin xeyriyyəçiliklə məşğul olması alqışlanır.
“Mister England”ın finalı oktyabrın 11-də Melton-Moubraydakı Melton teatrında baş tutacaq. Milli qalib ölkəni “Mister World” beynəlxalq müsabiqəsində təmsil edəcək.
Hüseyn İbadlı
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

































