ABŞ
Trampın etirafdan başqa yolu qalmadı: Rusiya 2016-cı ildə...
ABŞ prezidenti Donald Tramp Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilə etdiyi barədə iddialarla razılaşıb.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Senatın kəşfiyyat üzrə komitəsinin məruzəsini şərh edən Ağ Evin rəsmi nümayəndəsi Hoqan Qidli jurnalistlərə bildirib.
“Prezident hesab edir ki, Rusiya bizim seçkilərimizə müdaxilə edirdi”, - Qidli deyib.
Qidlidən həmçinin dövlət başçısının Krım üzrə mövqeyini şərh etməyi xahiş ediblər.
“Biz Krımın Rusiya tərəfindən zəbt edilməsini tanımayacağıq”, - o, Trampın sözlərini təkrarlayıb.
Xatırladaq ki, Senatın kəşfiyyat üzrə komitəsinin iyunun 3-də açıqladığı məruzəyə görə, Amerikanın xüsusi xidmət orqanlarının 2016-cı ildə seçkilərə Rusiyanın müdaxiləsi haqqında iddiaları əsaslandırılmış hesab edirlər. Tramp və onun ən yaxın köməkçiləri seçkiqabağı kampaniyaları dövründə Rusiyanın rəsmi şəxsləri ilə hər hansı qanunsuz əlaqələrdə olması barədə bütün ittihamları dəfələrlə rədd edirdi.
Moskva da bir neçə dəfə prezident seçkilərinin gedişinə təsir etmək cəhdləri haqqında iddiaları əsassız adlandırıb.
Ömər Dağlı
-
Hadisə02:42Xəzər dənizində zəlzələ baş verdi
-
ABŞ02:12Tramp süni intellekt şirkətləri rəhbərləri ilə görüşür
-
Qoroskop00:15Günün ULDUZ FALI
-
Magazin100:00"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
Ekologiya29 Sentyabr 23:36Naxçıvana ilk qar yağdı - VİDEO
-
Magazin229 Sentyabr 23:24Yaraşıqlı kişilərdə görün nələr çatışmır - Təşkilatçılar qadınlardan yardım istədilər
-
Nəqliyyat29 Sentyabr 22:48"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
İdman29 Sentyabr 21:48"Barselona", "Real Madrid" və PSJ onun uğrunda mübarizə aparacaq





























.jpg)