ABŞ
İki il əvvəl söz verilən MÜHARİBƏNİ O BAŞLADACAQ: Tramp üçün ən pis SSENARİ
ABŞ Konqresinin Nümayəndələr Palatasının məhkəmə komitəsinin sədr postu uğrunda mübarizə qızışır.
Publika.az “Politico” nəşrinə istinadən xəbər verir ki, komitə demokratlar tərəfindən ABŞ prezidenti Donald Trampın impiçmenti, həmçinin yeni araşdırma dalğasını başlada bilər.
Hazırda respublikaçılar məhkəmə komitəsində öz partiyası üçün əlverişli yer üçün mübarizə aparırlar. Jurnal qeyd edir ki, komitə prezidentə demokratların hücumları üçün episentr olacaq. Nəşrin yazdığına görə, Tramp ehtimal ki, Nümayəndələr Palatasının məhkəmə komitəsində respublikaçıların növbəti tərkibi üçün mübarizəyə daha çox vaxt xərcləyəcək.
Avqustda KİV-in yazdığına görə, Amerika lideri hüquq komandasıyla impiçment proseduruna hazırlıqla bağlı məsələləri müzakirə edib.
Xatırladaq ki, Vaşinqtondakı Amerika Universitetinin professoru, dövlət idarəçiliyi məsələləri üzrə mütəxəssis Devid Lablin hələ noyabrın 6-da Konqresə keçirilən aralıq seçkilərindən əvvəl bildirmişdi ki, demokratlar Konqresinin iki palatasından biri - Nümayəndələr Palatası üzərində nəzarəti ələ alaraq prezident Donald Trampa təzyiqi gücləndirəcəklər. Söhbət Trampın impiçmenti ilə əlaqədar hücumlardan gedir.

Amerika ekspertləri qeyd edibər ki, Tramp üçün ən pis ssenarilərdən biri impiçment prosedurunun işə salınması ola bilər. Lakin Senatda respublikaçıların üstünlüyünü nəzərə alaraq, bunu reallaşdırmağın praktik olaraq mümkün olmayacağı bildirilir.
ABŞ tarixində impiçmentin proseduru üç prezidentlə bağlı işə salınıb: 150 il əvvəl – 1868-ci iildə Endrü Conson, 1974-cü ildə Riçard Nikson və 1998-ci ildə Bill Klinton. Conson və Klinton Senatda bəraət qazandığı halda, Niksonla bağlı səsvermə olmayıb, çünki özü istefa verib.
“Axios” nəşri və “SurveyMonkey” şirkəti tərəfindən bu ilin avqustunda keçirilmiş sorğunun nəticələrində deyilir ki, respondentlərin 44 faizi Trampın impiçmenti prosedurunun başlamasını dəstəkləyirlər.
Donald Trampın vəkili, Nyu-Yorkun keçmiş meri Rudolf Culiani elə həmin ay “Sky News” telekanalına müsahibəsində bildirmişdi ki, Ağ Evin başçısı impiçment nəticəsində vəzifədən kənarlaşdırılarsa, ABŞ-da üsyan baş verə bilər. Onun sözlərinə görə, ABŞ-ın qüvvədə olan prezidentini dəyişmək yalnız siyasi motivlər üzrə olar və bu halda Amerika xalqı üsyan təşkil edəcək.
Daha əvvəl isə Donald Tramp ona qarşı impiçment elan edəcəkləri halda, maliyyə bazarlarının çökəcəyi barədə xəbərdarlıq edib.
“Başa düşmürəm ki, öz işinin öhdəsindən gələn bir prezidentə necə impiçment elan etmək olar. Əgər nə vaxtsa mənə qarşı impiçment elan etsələr, bazarlar çökəcək, hamı çox kasıb olacaq", - Ağ Evin başçısı “Fox News” telekanalına müsahibəsində demokratları hədələyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp


























.jpg)
.jpg)





