ABŞ
Moskvaya YENİ ZƏRBƏ: Avropa və ABŞ…
ABŞ və Avropa İttifaqı Kerç boğazında Rusiyanın təcavüzü və Ukrayna dənizçilərinin tutulmasına görə Moskvaya qarşı sanksiyaların gücləndirilməsi imkanına baxmalıdır.
Publika.az xəbər verir ki, bu haqda “Suddeutsche Zeitung” nəşrinə müsahibəsində Ukrayna məsələləri üzrə ABŞ-ın xüsusi nümayəndəsi Kurt Volker bildirib.
“Moskva ilə münasibətlər Rusiyanın Kerç boğazında təcavüzündən sonra yeni səviyyədədir. ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşü ləğv etdi, avropalılar və amerikalılar yeni sanksiyalara baxmalıdır”, - o deyib.
Qeyd edək ki, ABŞ prezidenti Rusiya lideri ilə Argentinada keçirilən G20 sammitində razılaşdırılmış görüşdən imtina edib. Trampın özü tvitterdə yazıb ki, Kerç boğazı ətrafıpnda yaşanan insidentlə bağlı məruzə ilə tanış olandan sonra bu qərara gəlib. Trampın sözlərinə görə, onu bu addımı atmağa məcbur edən səbəb gəmilərin və hərbçilərin hələ də geri qaytarılmamasıdır.
Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Məhkəmə 24 dənizçidən 15-i barədə həbs qəti-imkan tədbiri seçib.
Poroşenko ötən gün Rusiya rəhbərliyindən dənizçiləri və gəmiləri azad etməyi tələb edib. Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsi pozub.
Ömər
-
Hadisə19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO






























.png)




