ABŞ
Rusiya-ABŞ müharibəsinin ÜÇ SSENARİSİ: Bir gündən bir neçə aya kimi... - Qorxunc PROQNOZ
Rusiya və ABŞ arasında qlobal qarşıdurma riski ən yaxın bir neçə il ərzində artacaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın nüfuzlu Xarici və Müdafiə Siyasəti Şurasının araşdırma üzrə direktor müavini Dmitri Suslov “Beynəlxalq təhlükəsizlik 2018: vəziyyət və perspektivlər” konfransında deyib.
Ekspert Moskva və Vaşinqtonun mümkün hərbi toqquşması üçün üç ssenarini təsvir edib.
1. Birinci risk yalnız kibertəhlükə və ona hərbi vasitələrlə mümkün reaksiya ilə bağlıdır.
2. Qarşısıalınmaz qızğın silahlanma, həmçinin Avropada yerüstü əsaslı orta və kiçik mənzilli raketlərin yerləşdirilməsi ikinci riskdir. “Mən düşünürəm ki, biz bu reallığa gələcəyik. Təəssüf ki, bir neçə il sonra”, - Suslov qeyd edib.
3. Üçüncü ssenari Suriya və ya Qara dəniz regionu ilə bağlıdır.
Rusiyalı hərbi ekspert Konstantin Sivkov da həmçinin, Rusiya və ABŞ arasında nüvə müharibəsinin başlanğıcının mümkün ssenarisini təsvir edib. Onun sözlərinə görə, Birləşmiş Ştatlarla açıq hərbi qarşıdurma adi silahın tətbiqindən başlana bilər və bir müddət sonra nüvə silahı tətbiq ediləcək. O, bu müddətin bir neçə gündən bir neçə aya kimi olacağını düşünür.
Ömər
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
















.jpg)



















