ABŞ
Pentaqonun başçısı Mettis niyə istefa verdi? – ŞƏRHLƏR
ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettisin istefası dünyanın gündəmində bomba effekti yaratdı. Pentaqonun rəhbəri gələn ilin fevral ayının sonunda istefaya gedəcək.
“Ceyms Mettis fevralın sonunda istefaya gedəcək. Ceymsin vəzifədə olduğu müddətdə xüsusən ABŞ Silahlı Qüvvələri üçün hərbi texnika alınması sahəsində böyük uğura nail olundu”, - ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
Publika.az xəbər verir ki, Mettisin istefasını şərh edən 2002-2009-cu illərdə Rusiyanın Müdafiə Nazirliyinin beynəlxalq müqavilələr idarəsinin müdiri işləyən, general-leytenant Yevgeni Bujinskiyin sözlərinə görə, Pentaqonunun başçısının bəyanatı əsasən Suriyadan ABŞ qoşunlarının çıxarılmasına qarşı olması ilə bağlıdır.
“Mettisin Trampla çoxdandır ki, fikir ayrılıqları var. Pentaqonun başçısı ABŞ qoşunlarının Suriyadan çıxarılmasına qarşı idi. Bu vəziyyət onun istefa haqqında ərizəsi üçün əsas səbəblərdən biridir”, - Bujinskiy bildirib.
Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Vladimir Vasilyev hesab edir ki, Mettisin istefasına Trampın prezident administrasiyasının böhranının davamı kimi baxılacaq.
Ekspertin fikrincə, Mettisin gedişi bir neçə aspektə malikdir. Onun fikrincə, əsas səbəblərdən biri Amerika kontingentinin Suriyadan çıxardılması haqqında Trampın qərarıyla Pentaqonun başçısının razılaşmaması ola bilər. Bundan başqa, Əfqanıstandakı Amerika qoşununun sayını azaldılması üzrə Trampın arzusu əhəmiyyətli rol oynadı.
Vasilyev qeyd edib ki, Mettis Tramp administrasiyanın əsas fiqurlarından biri hesab edilirdi, həmçinin Çin, Şimali Koreya və Rusiya barəsində ABŞ-ın daha aktiv və təcavüzkar siyasətini tələb edirdi.
Ömər
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü





































.jpg)
