ABŞ
Trampın qərarına daha bir etiraz – İSTEFA
İŞİD-lə mübarizə üzrə koalisiyada ABŞ-ın xüsusi nümayəndəsi Brett Makqerk Amerika qoşunlarının Suriyadan çıxarılmasına etiraz olaraq istefa verib.
Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən CBS telekanalı bildirib.
“Brett Makqerk 2019-cu ilin fevralında öz vəzifəsini tərk etməyə hazırlaşırdı. Amma mənbələrin sözlərinə görə, o, dövlət katibi Mayk Pompeoya məlumat verib ki, Amerika qoşunlarının Suriyadan çıxarılması haqqında prezident Donald Trampın qəfil qərarı ilə razılaşmayaraq öz gedişini sürətləndirəcək. Makqerk hesab edir ki, Trampın qərarı faktiki olaraq, ABŞ-ın regionda müttəfiqlərini atmaq anlamına gəlir”, - telekanal xəbər verib.
Xatırladaq ki, dekabrın 18-də ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması barədə göstəriş verib. Donald Tramp özünün “Twitter” səhifəsində İŞİD qruplaşmasının məğlub edildiyini və qoşunların Suriyada mövcudluğunun yeganə səbəbinin bu olduğunu yazıb.
ABŞ Müdafiə Nazirliyi Trampın onlara hərbi kontingenti Suriyadan geri çəkmək barədə əmr verdiyini təsdiqləyib.
Telekanal Suriyada iki minə yaxın amerikalı hərbçinin olduğunu qeyd edir. Qoşunların 60-100 gün ərzində Suriyanı tərk edəcəyi bildirilir.
Qeyd edək ki, bu, ABŞ qoşunlarının Suriyadan çıxarılmasına etiraz olaraq verilən ikinci istefa qərarıdır. Daha əvvəl müdafiə naziri Ceyms Mettis istefa verib.
Ömər
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü





































.jpg)
