Trampdan Suriya məsələsində GERİ ADDIM
Bizi izləyin

ABŞ

Trampdan Suriya məsələsində GERİ ADDIM

ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması prosesinin yavaşıdılması barədə göstəriş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda respublikaçı senator Lindsi Qrem bildirib.

Senator bu haqda Cənub Karolina ştatında prezidentlə görüşdən sonra danışıb.

Amerikalı senator daha əvvəl bildirib ki, Donald Trampı qoşunları Suriyadan tam olaraq çıxarmaq fikrindən daşındıracağına ümid edir. Senatorun sözlərinə görə, Vaşinqtonun İŞİD terror təşkilatının Suriyaya daha qayıtmayacağına əmin olması vacibdir.

"Bax buna görə bizə qoşunların bir hissəsini orada saxlamaq lazımdır", - deyə Qrem bildirib.

Xatırladaq ki, dekabrın 19-da Tramp İŞİD terror qruplaşmasının üzərində qələbəni elan edib və Amerika hərbçilərinə Suriyanı tərk etməyi əmr edib. Sonra o bildirib ki, Suriyada terror qruplaşmasının qalıqlarını region ölkələri, həmçinin Türkiyə məhv etməlidir.

ABŞ qoşunlarını Suriya ərazisindən dekabrın 28-dən çıxartmağa başlayıb. Həmin gün ən azı 50 hərbçi zirehli avtomobillərdə İraqa tərəf yola düşüb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm