ABŞ
Tramp SSRİ-nin çöküşünün SƏBƏBİNİ AÇIQLADI: "General olsaydım..."
ABŞ prezidenti Donald Tramp Ağ Evdə təşkil edilən kabinet toplantısında ona ünvanlanan sualları cavablandırıb.
Publika.az xəbər verir ki, Əfqanıstanla bağlı verilən suallardan birinə “generallarımıza istədikləri pulu verdim, amma Əfqanıstanda yaxşı iş görmədilər. Orada 19 il savaşdılar” cavabını səsləndirib.
“Ceyms Mettisi qovdum”
Prezident keçmiş müdafiə naziri Ceyms Mettisin 700 milyard dollarlıq müdafiə büdcəsinə görə ona təşəkkür etdiyini xatırladıb: “Ancaq o, mənim üçün nə etdi? Əfqanıstanda nə etdi? Çox yaxşı deyildi. Əfqanıstanda etdiklərindən məmnun deyiləm, olmamalıyam. Mettis daha əvvəl Barak Obama tərəfindən də vəzifəsindən kənarlaşdırılmışdı. Əslində mən də o cür etdim. Çünki nəticə istəyirəm”.
“SSRİ-ni Əfqanıstan çökdürdü”
Əfqanıstanla bağlı yeni planlar quran Donald Tramp bunları deyib: “Doğru olan şeyləri edəcəyik. Talibanla, başqa şəxslərlə danışıqlar aparırıq. Hindistanı dediniz. Hindistan orada, Rusiya orada. Rusiya Əfqanıstana girəndə SSRİ idi. Əfqanıstan onları Rusiya etdi. Çünki orada mübarizə apararkən iflas etdilər”.
“ABŞ Talibanla İŞİD-in arasına girir”
Tramp Taliban terror təşkilatının İŞİD ilə müharibəsində onların arasına ABŞ-ın girdiyini açıqlayıb: “Taliban da, İŞİD də bizim düşmənimizdir. Orada bir-birilərilə müharibə aparırlar. Generallara “niyə bir-birilərilə savaşmlarına icazə vermirsiniz?” dedim. “Biz niyə aralarına giririk, onlar bizim düşmənlərimizdir, qoyun savaşsınlar” dedim. Bu, gördüyüm ən çılğınca şeydir. Kim bilir, general olsaydım, çox yaxşı bir general olardım”.
Donald Tramp həmçinin, adını açıqlamadığı bir dünya liderinin Əfqanıstanda ABŞ-a yardım edəcəyini deyib.
Zümrüd
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü





































.jpg)
