ABŞ
Pentaqonun yeni başçısı ABŞ-ın əsas düşmənini açıqladı
ABŞ-ın Müdafiə Nazirliyinin başçısının vəzifələrinin müvəqqəti icraçısı Patrik Şanaxan hərbi xidmət rəhbərləri ilə qapalı görüş keçirib.
Publika.az xəbər verir ki, idarədəki mənbəyə istinadən “Military.com” portalının məlumatına görə, Şanaxan Çin barəsində siyasətin Pentaqon üçün prioritet olacağını deyib.
Bildirilir ki, Patrik ŞanaxanPentaqonun keçmiş rəhbəri Ceyms Mettisin hazırladığı və prezident Donald Tramp tərəfindən bəyənilən milli müdafiə strategiyasının icrasına çalışacağını, həmçinin Çinin əsas prioritet olacağını deyib.
“Nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Şanaxan cari əməliyyatlara diqqət ayırmaqla yanaşı, komandaya yadda saxlamağı məsləhət görüb: Çin, Çin, Çin”, - mənbə danışıb.
Qeyd edək ki, ABŞ-ın yeni müdafiə strategiyası 2018-ci ilin yanvarında dərc edilib. Onda deyilir ki, Rusiya və Çinlə uzunmüddətli strateji rəqabət Pentaqon üçün prinsipial prioritetdir. Strategiyanı təqdim edən ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirmişdi ki, böyük dövlətlərlə rəqabət yeni müdafiə strategiyasına uyğun olaraq ABŞ diqqət mərkəzində olacaq.
Ömər
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”




























.webp)










