ABŞ
Tramp son iki il ərzində Rusiyanın... – Sensasiyalı FAKTLAR AÇIQLANDI
ABŞ prezidenti Donald Trampın bilərəkdən, ya da bilməyərəkdən Rusiyanın xeyrinə lazım olduğundan artıq hərəkət etdiyi barədə sübutlar var.
Publika.az xəbər verir ki, bu iddia ilə “The Boston Globe” nəşrinin müşahidəçisi Maykl Koen çıxış edib.
Material müəllifinin fikrincə, son iki il ərzində Birləşmiş Ştatların prezidenti “hər şeydə Rusiya hökumətinin de-fakto agenti” idi.
“Ola bilsin prezident Vladimir Putin onu şantaj edir. 2016-cı ildə prezident seçkisi kampaniyası zamanı ehtimal ki, Rusiyayla sözləşməsi olub. Amma biz yəqin bilirik: Donald Tramp Rusiya tərəfindən gözdən salınıb”, - siyasi müşahidəçi “The Boston Globe” üçün qələmə aldığı məqaləsində yazır.
Onun fikrincə, Tramp prezident postunda qaldığı hər gün Rusiyanın maraqlarını Birləşmiş Ştatların maraqlarından daha çox müdafiə edir.
“The Boston Globe”nin müşahidəçisi nümunə kimi göstərir ki, Tramp seçki kampaniyasının gedişatında Rusiyanı və onun prezidenti Vladimir Putini heç vaxt birbaşa tənqid etmirdi.
“Bundan başqa, o, seçkiqabağı kampaniya zamanı rəqibi Hillari Klintonun itmiş elektron yazışmalarını tapmaq üçün Moskvadan kömək göstərilməsini xahiş etdi. Amerika lideri 2016-cı il seçkilərinə müdaxilə üzrə Moskvanın səylərini tanımaqdan daim imtina edir. Ağ Evin başçısı Rusiyanın onun qonşuları barəsində hərəkətlərinə dəfələrlə gözlərini bağlayıb. O həmçinin NATO və Avropa İttifaqını daim tənqid edir, axı hər iki təşkilatda destabilizasiya Vladimir Putinin siyasətinin əsas hədəfidir.
Bundan başqa, siyasi müşahidəçisi həmçinin ona diqqət yetirir ki, Tramp 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi üzrə xüsusi prokuror Robert Müller tərəfindən aparılan araşdırmaya daim mane olmağa çalışır.
Müəllif vurğulayır Trampın Rusiya hökumətinə birbaşa işlədiyi ən inanılmaz variant kimi görünür.
“Mümkündür ki, o, maliyyə planında ruslardan asılıdır. Mümkündür ki, seçkiqabağı kampaniyası zamanı sözləşmə olub və indi qorxur ki, Putin bu informasiyanı açacaq. Mümkündür ki, Putində onu etibardan salan informasiy var. Və mümkündür ki, Trampın nöqteyi-nəzərindən, seçki kampaniyasında Rusiyanın rolu barədə etirafı 2016-cı il seçkilərində onun qələbəsinə kölgə salacaq. Müller ən yaxın bir neçə həftəyə hesabatı təqdim edəcək, onun necə olacağından asılı olmayaraq, mənzərə geniş mənada dəyişməz qalacaq. Birləşmiş Ştatların prezidenti son iki il ərzində hər şeydə Rusiya hökumətinin de-fakto agenti idi”, - Maykl Koen yekunlaşdırıb.
Ömər
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp











.png)
















.jpg)
.jpg)





