ABŞ
Pentaqon Trampın tapşırığını açıqladı: İrana kosmik müharibə elan edildi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) kosmosa yeni sistemlər yerləşdirəcək.
Publika.az xəbər verir ki, bu sistemlər dünya miqyasında ballistik raketləri təsbit edəcək.
Pentaqon bunu prezident Donald Trampın vəzifəyə keçdikdən dərhal sonra verdiyi təlimat əsasında hazırlanan Raketdən Müdafiə Analizi Sənədinə əsasən tətbiq etdiyini bildirib.
Sənəddə ABŞ-ın genişmiqyaslı raketdən müdafiə qabiliyyəti üçün yeni texnologiyalardan istifadə ediləcəyi əks olunub. Belə ki, F-35 qırıcıları üçün raketdən müdafiə sisteminə faydalı şəkildə yeni raketlər istehsal ediləcək. Bundan başqa, ABŞ-ın sahib olduğu digər müdafiə sistemləri səsdən sürətli texnologiyalar ilə mükəməlləşdiriləcək.
Bu sənəd, həmçinin ABŞ-ın müttəfiq və ortaqlarını məhz Amerika sistemləri işləyəcək milli sistemlər istehsal etməyə təşviq edəcək. Bundan sonra Körfəz Ölkələri Əməkdaşlığı Şurasına daxil olan ölkələr ABŞ sistemləri ilə regionda keyfiyyətli müdafiə xətti yaradacaq.
Sənəddə o da vurğulanıb ki, İsrail-ABŞ ortaqlığı davam edəcək və ABŞ cari ildən 2028-ci ilin mayına qədər hər il İsrailin raketdən müdafiə sistemləri üçün 500 milyon dollarlıq dəstəyin də daxil olduğu əməkdaşlığı davam etdirəcək. Bu razılaşma çərçivəsində İsrail ilə genişmiqyaslı iş birliyi aparılacaq və Müdafiə Nazirliyi İsrailin araşdırma-istehsal cəhdlərindən faydalanacaq.
Qeyd edək ki, bu sənədin İranın kosmosa peyk göndərməsindən bir neçə gün sonra yayımlanması diqqət çəkib. ABŞ dövlət katibi Mayk Pompeo İranın kosmik planlarının pərdəarxasında əslində yeni ballistik raketlərdən istifadə məqsədi olduğunu bildirmiş, İsrail də buna bənzər açıqlama vermişdi.
Zümrüd
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”




























.webp)










