ABŞ
Bütün dünyanı belə aldadıblar: son 10 ildə… - ŞOK İDDİA
ABŞ-ın və Koreya Xalq Demokratik Respublikasının kəşfiyyatları artıq 10 ildir əlaqədə idilər.
Publika.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən bildirib.
Xəbərə görə, iki ölkənin kəşfiyyatı 2009-cu ildən “məxfi konsultasiyalar” keçirirdi və onların arasında xüsusi əlaqə kanalları mövcud idi. Son 10 ildə Amerika kəşfiyyatının nümayəndələri Şimali Koreyadan olan həmkarları ilə görüşürdülər.
Əlaqə kanalları iki ölkənin gizlədilmiş vətəndaşlarını azad etməyə, ABŞ prezidenti Donald Trampla Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında görüşü təşkil etməyə kömək edirdi.
Nəşrin mənbələrinin sözlərinə görə, 2012-ci ildə Mərkəzi Kəşfiyyat Agentliyinin (MKİ) ovaxtkı başçısı Maykl Morell Pxenyana iki dəfə baş çəkib. 2013-2015-ci illərdə MKİ-nin direktor müavini postunu tutmuş Evril Heyns həmçinin, Şimali Koreyaya məxfi səfər edib.
Məxfi konsultasiyalar Barak Obamanın prezidentliyi dövründə bir müddət dayandırılmışdı. 2017-ci ilin yanvarında MKİ-nin direktorunun vəzifəsinə təyin edilmiş Maykl Pompeo konsultasiyaları bərpa etdi. Qəzetin həmsöhbətləri danışıblar ki, Amerika tərəfi məxfi danışıqlara denuklearizasiyaya əvəz olaraq münasibətləri normallaşdırmağa hazır olduğunu təsdiq etmək üsulu kimi baxırdı.
Ömər
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi



































.jpg)
