ABŞ
Trampdan ŞOK AÇIQLAMALAR: Şimali Koreya ilə müharibə, İrana sərt sanksiya, İŞİD-ə zərbə
ABŞ prezidenti Donald Tramp Konqresdə “Birliyin vəziyyəti” çıxışını edib.
Publika.az xəbər verir ki, 1 saat 22 dəqiqəlik çıxışda prezident Suriyada İŞİD terror təşkilatının qalıqlarını yox etmək üçün müttəfiqləri ilə birlikdə işlədiklərini və döyüşçülərinin artıq evlərinə qayıtmaq vaxtının gəldiyini deyib.
Tramp bildirib ki, Əfqanıstanda siyasi həll yoluna çatmaq üçün müzakirələr sürətləndirilib. Taliban da daxil olmaqla, Əfqanıstandakı bütün qruplarla görüşlər keçirilir.
Şimali Koreya
ABŞ prezidenti Koreya yarımadasında diplomatik həll yolu üçün ciddi şəkildə çalışdıqlarını və artıq nəticələr əldə etməyə başladıqlarını da əlavə edib: “Əsirlərimiz evə qayıtdı, nüvə silahlarının sınaqları dayandı və 15 aydır ki, yeni sınaq keçirilmədi. Əgər mən prezident olmasaydım, Şimali Koreya ilə müharibə aparırdıq. Şimali Koreya lideri ilə 27-28 fevralda Vyetnamda görüşəcəyik”.
İrana xəbərdarlıq
Çıxışında İran mövzusuna da toxunan Tramp “Mənim hökumətim dünyanın terrora ən çox dəstək verən ölkəsi İranla üzləşməkdə də qətiyyətli davrandı. Bu diktatorluğun heç zaman nüvə silahına sahib olmaması üçün ABŞ-ı fəlakət bir razılaşmadan çəkdim. Ardınca bu günə qədərki sərt sanksiyaları tətbiq etdik”.
Zümrüd
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)
