ABŞ
Tramp üçün NÖVBƏTİ MƏĞLUBİYYƏT: fevralın 15-də…
ABŞ prezidenti Donald Tramp demokratları şatdauna - büdcədə maliyyə olmadığı səbəbindən federal müəssisələrin müvəqqəti bağlanmasına görə ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə Trampın
özü tvitter səhifəsində yazıb. Növbəti şatdaun artıq fevralın 15-də
başlana bilər.
“Onlar sərhəddə son dərəcə zəruri olan divarin inşası üçün çox az
pul təklif edirlər. İndi isə gözlənilmədən zorakılıq cinayətləri
törətmiş məhbusların sayını məhdudlaşdırmaq istəyirlər. Onlar bu
cür müdhiş təkliflər irəli sürəndə, mən artıq düşünməyə başlayıram
ki, onlara şatdaun lazımdır”, - ABŞ prezidenti qeyd edib.
Bir həftə əvvəl Ağ Ev və Konqresin nümayəndələri etiraf etmişdilər ki, büdcə danışıqları növbəti dəfə nəticəsiz qalıb. Qanunvericilər Konqresin Meksika ilə sərhəddə tikiləcək divar üçün Donald Trampın tələb etdiyi məbləğin ayrılmasını müzakirə edirlər. Tramp bu məqsəd üçün 5 milyard dollar tələb edib, lakin Konqres daha az məbləğin ayrılmasını dəstəkləyir.
Nəhayət, Tramp fevralın 15-ə qədər, 3 həftəlik şatdauna razılaşıb. O, sərhəddə divarın tikilməsi tələbinin gerçəkləşməsinə hələlik nail olmasa da, onu nəyin bahasına olursa-olsun, tikəcəyini bəyan edib.
Konqresdə hər iki partiya şatdaundan yan keçmək niyyətindədirlər, çünki bu, onların populyarlığına xələl gətirir.
Pərviz Hikmət
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi

































.jpg)

.jpg)
