ABŞ
Trampın planı hazırdır: 9 apreldən sonra 6 milyon insan...
“Əsrin razılaşması” adlandırılan və bir müddətdir ki, Tramp hökuməti tərəfindən üzərində işlənən İsrail-Fələstin barış planının tamamlandığı bildirilir.
Publika.az xəbər verir ki, ABŞ hökumətinin iki rəsmi şəxsi Trampın Yaxın Şərq planı haqqında məlumatlandırıldığı xəbərini verib. Ona bu bilgiləri kürəkəni Cerad Kuşner, ABŞ-ın İsrail səfiri Devid Fraydmen, Beynəlxalq Müzakirələr üzrə xüsusi təmsilçi Ceyson Qrinbalt tərəfindən verilib.
Rəsmilərin sözlərinə görə, plan İsraildə keçiriləcək 9 aprel seçkilərindən öncə açıqlanmayacaq və İsrailin təhlükəsizliyini təhdid edəcək hər hansı hərəkətə yol verilməyəcək.
Bundan əlavə, Cerard Kuşnerin İsrail-Fələstin sülh planı da daxil olmaqla, mövcud problemləri müzakirə etmək üçün Varşavada təşkil ediləcək Yaxın Şərq konfransına qatılması gözlənilir. Daha öncə isə Kuşner ilə Qrinbaltın “Əsrin razılaşması” planını görüşmək üçün bu ayın sonlarında Körfəz ölkələrinə səfər edəcəyi açıqlanmışdı.
“Əsrin razılaşması” nədir?
ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin qarşıdurmasna həll yolu tapmaq üçün uzun müddətdir ki, bir planın üzərində işləyir. Planın detalları hələ açıqlanmasa da, beynəlxalq mətbuatda razılaşmanın Fələstin məsələsini həll etməkdən əlavə, problemi daha da dərinləşdirəcəyi haqda fikirlər gedir. Planda Qüdsün tamamilə İsrailə verilməsi, Qərbi Şəriədəki yəhudi məskənlərinin saxlanılması kimi fələstinlilərin əleyuhə olacaq maddələrin olması bildirilir. Həmçinin, ehtimal olunur ki, İsrail qaçqın düşən 6 milyon fələstinlinin geridönüşünə haqq tanımayacaq.
Zümrüd
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”





























.webp)









