ABŞ
ABŞ-dan sonra İngiltərə də elan etdi – Çinə qarşı böyük müharibə başlayır
ABŞ-ın Cənubi Çin dənizinə iki hərbi gəmi göndərməsindən
sonra qarşdıdurma başlayıb.
Publika.az xəbər verir ki, rəsmi Pekin Vaşinqtonun onların
icazəsi olmadan bölgəyə gəmi göndərdiyini bəyan edib.
İngiltərə müdafiə naziri Gavi Villiamson isə Çinin bu açıqlamasına
sərt reaksiya verib. Qeyd edib ki, ordunun “kağızdan pələng”
olmadığını göstərmək üçün “sərt güc”dən istifadə etməyə
hazırdırlar.
İngilis nazir onlara məxsus “Queen Elizabet” HMS gəmisinin F-35
təyyarələri ilə birlikdə Cənubi Çin Dənizinə göndəriləcəyini
bildirib.
Qeyd edək ki, ABŞ-a məxsus raketlərin yer aldığı USS Srpunce və USS
Preble gəmiləri Spratli adalarının yaxınlığına gəlib. ABŞ
Donanmasının sözçüsü Klay Doss bildirib ki, gəmilər bölgəyə
vəzifələrini yerinə yetirmək və müşahidə aparmaq üçün gediblər.
Dünyanın ən əhəmiyyətli dəniz marşrutlarından biri olan Cənubi Çin
dənizi zəngin karbohidrogen ehtiyatlarına malikdir. Çindən başqa
Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan kimi ölkələr də
beynəlxalq suları iddia edirlər. ABŞ isə Çinin bu regionda
möhkəmlənməsini təhlükəsizlik maraqlarına zərbə hesab edir və son
illər Cənubi Çin dənizi regionunu xarici siyasətin
prioritetlərindən birinə çevirib.
ABŞ-ın son təhlükəsizlik strategiyasında isə Çin və Rusiya ən böyük
təhdidlər adlandırılıb. ABŞ bildirir ki, Çin süni adalar tikərək
onların hesabına ərazi sularını genişləndirir və bu adalarda hərbi
obyektlər inşa edir. Çin ABŞ-ın ittihamlarını rədd edir.
Analitiklərin proqnozlarına görə, Amerika əsas gücünü Çinlə
mübarizəyə istiqamətləndirir. Bunun nə demək olduğu məlumdur. Hərbi
mütəxəssislər son dövrdə regionda nüvə toqquşması riskinin ciddi
şəkildə artdığını vurğulayırlar. Pekin isə Donald Trampın
prezidentliyi dövründə ABŞ-la müharibənin qaçılmaz olduğunu
bildirir. 2017-ci ilin yanvarında Çinin Müdafiə və Səfərbərlik
Komissiyasından olan yüksək çinli zabitin “Çin Xalq Qurtuluş
Ordusu”nun saytında yayımlanan məqaləsində deyilirdi ki, “Trampın
prezidentliyi dövründə baş verə biləcək müharibə” kimi sözlər artıq
şüar yox, realdır.
Asif
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı

































.jpg)

.jpg)