ABŞ
ABŞ-dan İrana qarşı açıq təhdid: "Çox az qaldı..."
ABŞ prezidenti Donald Tramp tvitterdə İrana qarşı sərt ifadələr işlədib.
Publika.az xəbər verir ki, yaranmasının 40-ci ildönümünü qeyd edən İran hökumətinin yalnız uğursuzluq əldə etdiyini yazıb.
“40 illik qanunsuzluq, təzyiq və terror. İrandakı rejim sadəcə 40 illik uğursuzluq istehsal etdi. İran xalqı isə daha parlaq gələcəyə layiqdir”,- Tramp bildirib.
Prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton isə İranı açıq şəkildə təhdid edib. Bolton videomesaj vasitəsilə İran xalqını və bölgədəki ölkələri terrorizmə doğru çəkdiyini deyib: “İranın dünyanın hər yerindəki insanların gözünü qorxutmaq üçün hələ də nüvə silahı əldə etmək arxasınca qaçır. İran Suriya, İraq, Yəməndə terrorizmin ana maliyyə qaynağıdır. Bəlkə də ən pisi İranın xalqının ciddi sıxıntı içində olması, işsizlik səviyyəsinin rekord səviyyəyə çıxması, infilyasiyanın tarixin ən böyük səviyyəsinə çatmasıdır. Bundan sonra bayram edəcək çox ildönümünüzün qaldığını sanmıram”.
ABŞ-dan gələn kəskin tənqidlərə İranın cavabı gecikməyib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ hökumətinə İrana qarşı “uğursuz” siyasətlərini nəzərdən keçirmək üçün çağırış edib. Tvitter hesabından Trampa və Boltona cavab verən nazir ABŞ-ın 40 ildir ki, İrana qarşı tətbiq etdiyi siyasətin uğursuz olduğunu deyib:
“İranlıların təslim olmasına dair cəhdlər, ABŞ siyasətinin reallığa tətbiq edilməsi, İranın qan və sərvət vasitəsilə sabitliyini pozmaqda 400 illik uğursuzluq. Donald Trampın 40 illik yanlış seçimlərdən sonra ABŞ-ın uğursuz siyasətini nəzərdən keçirmək zamanı gəlib”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranla 2015-ci ildə əldə edilən nüvə razılaşmasından 8 may 2018-ci ildə çıxmış və İrana qarşı çox sayda iqtisadi sanksiyalar tətbiq etmişdi.
Zümrüd
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”





























.webp)









