ABŞ
Müharibə hər an başlaya bilər – ABŞ HƏRƏKƏTƏ KEÇDİ
ABŞ humanitar böhran bəhanəsi ilə müdaxilənin gizli planı çərçivəsində Venesuelaya daha yaxın ərazilərə xüsusi təyinatlı dəstələr göndərib.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kuba hökumətinin məlumatında deyilir.
Xəbərə görə, fevralın 6-dan 10-dək olan dövrdə Puerto-Rikoda Rafael Miranda adına aeroportda, Dominikan Respublikasında San-İsidro təyyarə bazasında və strateji əhəmiyyətə malik başqa Karib adalarında ABŞ-ın hərbi-nəqliyyat təyyarələri enib.
Kubanın məlumatına görə, uçuşlar, ehtimal ki, “bu ölkələrin hökumətlərindən xəbərsiz” təşkil edilib.
“Bu reyslər xüsusi təyinatlı dəstələr və dəniz piyada qoşununun korpuslarının yerləşdiyi Amerika hərbi obyektlərindən göndərilib. Onlar məxfi missiyalar üçün istifadə olunurlar”, - xəbərdə deyilir.
Venesuela məsələləri üzrə ABŞ-ın xüsusi nümayəndəsi Elliot Abrams isə Kubanın bəyanatlarını növbəti yalan adlandırıb.
Xatırladaq ki, yanvarın 23-də müxalifət lideri və parlamentin spikeri Xuan Quaydo özünü Venesuelanın müvəqqəti prezidenti elan edib. ABŞ, Kanada, Avropa İttifaqı, Latın Amerikası ölkələrinin əksəriyyəti, həmçinin bir sıra başqa dövlətlər rəsmən onu müvəqqəti dövlət başçısı kimi tanıyıblar.
ABŞ prezidenti Donald Tramp Venesuelaya Amerika hərbçilərinin göndərilməsi imkanına baxır. O qeyd edib ki, bu variantlardan biridir, amma prezident belə addıma hansı halda gedəcəyini dəqiqləşdirməyib.
Bu günlərdə BBC-yə danışan Venesuela prezidenti Nikolas Maduro ölkəsinə humanitar yardımların göndərilməsinə icazə verməyəcəyini deyib. O, bu qərarı belə izah edib ki, humanitar yardımlar ABŞ işğalının qanuni göstərilməsi yoludur.
Ömər
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”





























.webp)









